İran paytaxtının ətrafında yerləşən Rabat Kərim sənaye zonası hava zərbələrinə məruz qalıb.
xeberde.az xəbər verir ki, Mehr agentliyi ABŞ və İsrail tərəfindən sənaye zonasının yenidən kütləvi bombardman edildiyinə dair məlumat yayıb.
Agentlik zərbələrin nəticələrinə dair hər hansı məlumata verməyib.
Tehran meri Əlirza Zəkaninin sözlərinə görə, bölgədəki hazırkı gərginliyin ilk 10 günündə İranda təxminən 9000 müxtəlif növ obyekt İsrail və ABŞ bombardmanlarına məruz qalıb. O, İran dövlət televiziyasındakı çıxışında əlavə edib ki, “paytaxtda artıq genişmiqyaslı dağıntıların təmizlənməsi işləri aparılıb və bu proses davamlı olaraq aparılır”.



