İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı vəfat edib.
xeberde.az xəbər verir ki, Mənsurə Xocəstə Baqerzadeh ABŞ və İsrail aviasiyasının Tehrana endirdiyi zərbələr zamanı aldığı ağır xəsarətlət səbəbindən ölüb.
Bu barədə TASS agentliyi İranın Al Alam telekanalına istinadən məlumat yayıb.
Məlumata görə, həkimlər son hücumlar zamanı xəsarət almış Mənsurə Xocəstəni xilas edə bilməyiblər.
İran rəsmilərindən hələlik əlavə rəsmi açıqlama verilməyib.
Qeye edək ki, son hücumlar zamanı Xameneinin qızı, kürəkəni, gəlini və nəvəsi də öldürülüb. Ali liderin özü sə fevralın 28-də həlak olub.




