xeberde.az xəbər verir ki, Rusiyada alimlər saxta sənədləri avtomatik müəyyən edə bilən yeni süni intellekt sistemi üzərində işləyirlər.
Neyroşəbəkə artıq 8 min saxta sənəd nümunəsini təhlil edib. Bu nümunələr Rusiyadan, MDB ölkələrindən və digər dövlətlərdən toplanıb.
Mütəxəssislərin sözlərinə görə, sistem müxtəlif saxtakarlıq üsullarını tanımağı öyrənib. Bunlara sənədlərə başqa mətn və fotoların əlavə edilməsi, müəyyən sahələrin gizlədilməsi, müxtəlif sənədlərdən “yapışdırılmış” hissələrin birləşdirilməsi, saxta holoqram və emblemlərin daxil edilməsi daxildir.
Öyrənilmiş sənədlər arasında Rusiya daxili pasportları ilə yanaşı, Azərbaycan, Latviya, Estoniya və Finlandiya vətəndaşlarının pasport və ID-kartları da var.
Layihənin məqsədi banklarda, dövlət xidmətlərində və sərhəd-keçid məntəqələrində sənəd saxtakarlığının daha tez və dəqiq aşkarlanmasını təmin etməkdir.




