Dünya

Türk dövlətində fövqəladə vəziyyət: İnsanlar məscidlərə də yerləşdirilib – VİDEO

Qırğızıstanda dağ gölündə bəndin yarılması nəticəsində 950 nəfər təxliyə olunub

Qırğızıstanın şimalında yerləşən Çuy vilayətində dağ gölündə bəndin yarılması nəticəsində fövqəladə vəziyyət yaranıb. xeberde.az xəbər verir ki, hadisə səbəbilə 950 nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.

Bəndin dağılması iki kənd arasında yerləşən körpünün dağıdılması ilə nəticələnib və bu səbəbdən həmin yol sahəsində nəqliyyatın hərəkəti dayandırılıb.

Təxliyə edilən insanlar yaxınlıqdakı kəndlərdə yerləşən məktəblərdə, məscidlərdə, mədəniyyət evlərində və internat tipli müəssisələrdə yerləşdirilib. Hadisənin nəticələrinin aradan qaldırılması üçün ətraf rayonlardan xüsusi qruplar və mütəxəssislər əraziyə cəlb olunub.

https://player.olke.az/?v=44056

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir