Türkiyənin Çorumun vilayətində ağlasığmaz hadisə baş verib.
xeberde.az xəbər verir ki, Çorumun Sungurlu mahalında dilənçilik edən şəxs polis tərəfindən saxlanılıb.
Saxlanılan 37 yaşlı C.G.-nin üzərindən 50 min 145 lirə nağd pul aşkarlanıb.
Ətraf bölgələrdə də diləndiyi müəyyən edilən C.G., Sunguroğlu məhəlləsində dilənərkən cinayət başında yaxalanıb. Müsadirə edilən pullar polis tərəfindən sənədləşdirilərək bələdiyyəyə təhvil verilib.
C.G.-yə “Pozulmalar haqqında” qanunun 18-ci maddəsinə əsasən 1406 TL cərimə kəsilib.