Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib. Agentlikdən xeberde.az-a bildirilib ki, yoxlama zamanı istifadə olunan farşın keyfiyyət və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlər təqdim edilməyib. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. […]
Day: Avqust 19, 2026
İran Kaliforniyanı “öz ərazisi” kimi göstərdi
İranın Hindistandakı konsulluğu ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı paylaşımına qeyri-adi cavab verib. xeberde.az xəbər verir ki, İranın Heydərabaddakı baş konsulluğunun sosial şəbəkə hesabında ABŞ xəritəsi paylaşılaraq Kaliforniya “İran İslam Respublikasının yeni ərazisi” kimi göstərilib. Paylaşımda “İran İslam Respublikasının yeni ərazisi” ifadəsi yazılıb və xəritədə Kaliforniya xüsusi olaraq işarələnib. Bu addım Trampın avqustun 18-də […]
DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib
Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Bu barədə xeberde.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84487 abituriyent (subbakalavr) ərizəsini […]
Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI
Dünyanın ən çox əhalisi olan 10 ölkəsində ümumilikdə 4,7 milyard insan yaşayır. xeberde.az xəbər verir ki, dünya əhalisinin təxminən üçdə biri Hindistan və Çinin payına düşür. Bu iki ölkədə ümumilikdə 2,89 milyard nəfərə yaxın insan yaşayır. Hindistan 1,47 milyarddan çox əhali ilə dünyanın ən çox əhalisi olan ölkəsidir. Çin isə təxminən 1,41 milyard nəfərlə ikinci yerdə […]
Azərbaycanı hədələyən verilişlə bağlı QƏRAR
Rusiyada yayımlanan “Çistota ponimaniya LIVE” verilişinin canlı efirləri dayandırılıb. xeberde.az xəbər verir ki, layihənin aparıcısı Aleksey Çadayev bildirib ki, canlı verilişlər “məzuniyyətə çıxır”. Bununla belə, yayımların nə vaxt bərpa olunacağı barədə konkret tarix açıqlanmayıb. Layihənin əvvəlcədən lentə alınan podkastlarının isə yayımlanmaqda davam edəcəyi bildirilib. Qeyd edək ki, məhz “ÇP-LIVE”ın canlı yayımlarında Azərbaycan, ölkə rəhbərliyi və Azərbaycan […]
2027-ci ildə bu şəhərlər qaranlığa qərq olacaq
2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması Şimali Afrika, Avropa və Yaxın Şərqin bəzi ərazilərindən müşahidə olunacaq. xeberde.az AzEdu.az-a istinadən xəbər verir ki, NASA-nın məlumatına görə, tutulmanın ən uzun davam edəcəyi məntəqə Misirin Luksor şəhəri yaxınlığında olacaq. Burada tam tutulma 6 dəqiqə 23 saniyə davam edəcək. Bu, 2114-cü ilə qədər Yer kürəsində müşahidə ediləcək ən […]
Müəllimlik ixtisasını seçən oğlanlara təqaüd veriləcək – AÇIQLAMA
Bakı Slavyan Universitetində (BSU) “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olunan oğlan tələbələr üçün nəzərdə tutulan təqaüd proqramından 2026/2027-ci tədris ilində 5 tələbə yararlanacaq. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Bakı Slavyan Universitetindən məlumat verilib. Bildirilib ki, proqram çərçivəsində qeyd olunan ixtisaslar üzrə qəbul imtahanında 450 baldan yuxarı nəticə göstərən ilk 5 oğlan tələbəyə təqaüd veriləcək. “Proqram çərçivəsində tələbələrə […]
Keçmiş səfir Ramiz Rizayevin səhhəti pisləşdi – EKSKLÜZİV
Azərbaycanın Rusiyadakı sabiq səfiri Ramiz Rizayevin səhhətində ciddi problem yaranıb. Bu barədə xeberde.az-a qısa açıqlamasında Ramiz Rzayevin özü bildirib. O, qeyd edib ki, artıq neçə vaxtdır ki, ürəyi ilə bağlı xəstəliyi ağırlaşıb və yataq xəstəsinə çevrilib. Keçmiş səfir hazırda müalicə olunduğunu qeyd edib. Ramiz Rizayev 1939-cu il noyabrın 2-də Naxçıvan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin […]
Onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstandan Bakıya gətirildi
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindəninternet informasiya resurslarından istifadə etməklə xaricdən idarə edilən onlayn qumar oyunlarının təşkili və […]









