Cəmiyyət

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTO

Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun məzar daşının üzərində nöqsan yaranıb. Bu barədə şəhidin anası Səmayə Həşimova və bacısı Kəmalə Haşımova məlumat yayıb. Onlar mərmərin dəyişdirilməsini, məzarüstü şəkil və üzərindəki yazıların ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yenilənməsini istəyiblər. Ailə üzvləri eyni zamanda Polad Həşimovun ev muzeyinin açılmalı olduğunu bildirib və xatirəsinə heykəlin ucaldılmasının vacibliyini vurğulayıblar.  […]

Bölgə

Lənkəranda atları içməli su anbarında çimizdirirlər – FOTOLAR

Lənkəranda turistlərə xidmət göstərən bəzi şəxslərin heyvanları Xanbulan su anbarında çimizdirməsi narazılıq doğurub.  xeberde.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda atların birbaşa su anbarının dayaz hissəsində çimizdirildiyi görünür. Qeyd edək ki, Xanbulan su anbarı Lənkəran və Astara rayonlarının əsas içməli su mənbələrindən biridir. Belə bir ərazidə heyvanların suya salınması və bunun açıq […]

Cəmiyyət

Azərbaycanda iki nikahdan biri dağılır – Sosioloqdan SOS

Azərbaycanda ailə institutunun gələcəyi ilə bağlı narahatlıq doğuran statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin son məlumatları göstərir ki, ölkədə bağlanan nikahların sayı azalmaqda davam edir, boşanmaların səviyyəsi isə hələ də yüksək olaraq qalır. Belə ki, rəsmi rəqəmlərə əsasən, 2026-cı ilin ilk beş ayında 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb. Başqa sözlə, təxminən […]

Cəmiyyət

“Detoks çayları” ilə bağlı ŞOK XƏBƏRDARLIQ

Son illərdə “detoks çayları” adı altında satışa çıxarılan məhsulların populyarlığı xeyli artıb. Xüsusilə arıqlamaq, orqanizmi toksinlərdən təmizləmək və sağlamlığı yaxşılaşdırmaq vədi ilə təqdim olunan bu məhsullar sosial şəbəkələrdə və reklam kampaniyalarında geniş təbliğ edilir. Lakin mütəxəssislər bildirirlər ki, bu iddiaların əksəriyyəti elmi əsaslara söykənmir və bəzi hallarda belə çayların nəzarətsiz istifadəsi sağlamlıq üçün ciddi risklər […]

Bölgə Hadisə

SON DƏQİQƏ: Kəlbəcərdə PARTLAYIŞ – Xəsarət alan var

Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. xeberde.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər Rayon […]

Gündəm Hadisə

Nigarın şirkəti fəaliyyətini dayandırdı

Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçi olduqdan sonra şirkət fəaliyyətini dayandırıb.  xeberde.az xəbər verir ki, şirkətin sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edilib. Bildirilib ki, şirkət müvəqqəti olaraq fəaliyyətini dayandırıb.  “Şirkətimiz fəaliyyətinə müvəqqəti ara verib. Fəaliyyətimiz həftə ərzində bərpa olunduqdan sonra bu barədə məlumat verəcəyik” deyə, paylaşımda […]

Gündəm Hadisə

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başladı

Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Vital Hospital”da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb. xeberde.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sosial şəbəkədə yayılan məlumat nazirliyin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir: “Məsələ ilə bağlı araşdırma başlayıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb”.

Təhsil

Məktəbəqədər təhsildə yeni maliyyələşmə modeli tətbiq olunacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2026-cı il tarixli 218 nömrəli Qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydaları” təsdiq edilib. xeberde.az xəbər verir ki, yeni maliyyələşmə modeli məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Model çərçivəsində valideynlərə uşaqları üçün geniş seçim imkanı yaradılır və daha […]

Cəmiyyət Hadisə

Avtobus sürücüsü sərnişin qadının nömrəsini götürməyə peşman oldu

Bakının Sabunçu rayonu ərazisində avtobus sürücüsü sərnişin qadına qarşı xırda xuliqanlıq əməli törədib. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, iş başında Gülzar Məmmədova ilə tanış olan Vasif Güləliyev (ad-soyadlar şərtidir) bir-birinə mobil telefon nömrələrini verib. Tərəflərin telefon danışığı zamanı qadın Vasifdən onu işdən çıxarkən aparmasını istəyib. Sürücü isə avtobusun qrafiklə işlədiyini, marşrut xəttindən […]

Hadisə Kriminal

“Arzum”la bağlı yeni xəbər – Sabah…

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayətinə sabah baxılacaq. Şikayətin baxılması Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin icraatına verilib. Məhkəmənin ilkin baxış iclası sabaha təyin edilib. Xatırladaq ki, Xəzər rayon Məhkəməsinin hökmünə əsasən, İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitəsi […]