Mədəniyyət

Şuşadakı abidələrlə bağlı yeni qadağa tətbiq olunur

Şuşa şəhərinin ərazisində yerləşən abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir. Bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunub ki, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə […]

Kriminal

Pirşağıda qanlı dava – 1 gənc həyatını itirdi  

Bakının Pirşağı qəsəbəsinin ərazisində ölüm və xəsarətlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. xeberde.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Sakit Piriyev mübahisə zəminində 1986-cı il təvəllüdlü Məzahir Xələfov və 1983-cü il təvəllüdlü Balağa Ağayevə bıçaqla hücum edib. Nəticədə Məzahir Xələfov döş nahiyəsindən aldığı ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onu həyatını xilas etmək mümkün […]

Şou-Biznes

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayeva da var 

“WE Project Media” platforması özünün “Instagram” səhifəsində dünyada tanınan azərbaycanlılarla bağlı siyahı paylaşıb. xeberde.az  xəbər verir ki, paylaşımda Azərbaycanın mədəniyyət, incəsənət və media sahələrində tanınan simalarının adları yer alıb. Siyahıda Xalq artisti Tünzalə Ağayeva da var. “WE Project Media” pop ulduz Tünzalə Ağayevanı Azərbaycan musiqisinin tanınmış nümayəndələrindən biri kimi təqdim edib. Qeyd edək ki, Tünzalə Ağayeva […]

Dünya

Moskvadan İrəvana sərt reaksiya: “Seçkilər Qərbin müdaxiləsi ilə keçdi”

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinə və Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsinə rəsmi münasibət bildirib. xeberde.az  xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistandakı seçki prosesini kəskin tənqid edərək İrəvanda demokratik prinsiplərin kobud şəkildə pozulduğunu bəyan edib. Zaxarova Qərb dövlətlərinin seçkilərin […]

Hadisə

Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi

“Toplum TV” işi üzrə məhkəmə istintaqı başa çatıb. xeberde.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, hər birinə ayrı-ayrılıqda sanksiya həddində cəza təyin edilməlidir. Konkret olaraq Aкif Qurbanov və Ruslan İzzətlinin 16, Ələsgər Məmmədli və Əli Zeynalovun […]

Cəmiyyət

Aşuranın vaxtı açıqlandı

Bu il Aşura günü iyunun 25-nə təsadüf edir. xeberde.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ilahiyyatçı alim, QMİ-nin məsul əməkdaşı Samid Quliyev bildirib. Onun sözlərinə görə, iyunun 16-sı Azərbaycan ərazisində Məhərrəm ayının ilk günüdür. “Bu tarix eyni zamanda hicri-qəməri təqvimi ilə 1448-ci ilin başlanğıcı hesab edilir. İslam tarixində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı hicri-qəməri […]

Dünya

Bu sayta girənlər bir qəpik ödəmədən alış-veriş edirlər

Cənubi Koreyada gənclər arasında maraqlı rəqəmsal trend populyarlıq qazanır. “Dopamin saytları” adlandırılan platformalar istifadəçilərə heç bir ödəniş etmədən alış-veriş təcrübəsi yaşamağa imkan verir. xeberde.az xəbər verir ki, məlumata görə, bu platformalarda istifadəçilər bahalı geyimlər, texnoloji cihazlar və müxtəlif məhsullarla virtual səbətlər yaradır, daha sonra isə sifarişi təsdiqləyirlər. Lakin prosesin sonunda onların bank hesabından və ya […]

AKTUAL Araşdırma Cəmiyyət

Uşaqları bu OYUNLAR təhdid edir – Ombudsmandan SOS 

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə uşaqların və yeniyetmələrin həyatında internet, sosial şəbəkələr və onlayn oyunlar mühüm yer tutur. Lakin bu imkanlarla yanaşı, onların yaratdığı təhlükələr də getdikcə daha çox narahatlıq doğurur. Ombudsman Səbinə Əliyeva problemlə bağlı bu gün parlamentdə keçirilən iclasda uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklərlə bağlı diqqətçəkən açıqlamalar verib. Onun sözlərinə görə, son […]