Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun: “Həm […]
Day: May 25, 2026
Məscidlərdə vakant vəzifələrə 230 nəfər müraciət edib
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə mərhələsinə 64-ü qadın olmaqla, 230 nəfər müraciət edib. Bu barədə xeberde.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Qeyd edilib ki, müsahibənin iyunun 8-9-da keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, iyunun 10-19-nu əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin […]
Uşaqlar niyə kimliksiz böyüyür?
Sərhədlərin olmadığı, bağların zəiflədiyi və rəqəmsal dünyanın formalaşdırdığı bir nəsil böyüyür. Bəs uşaqlarda artan kimlik böhranının arxasında nə dayanır? xeberde.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, son dövrlərdə uşaqlar arasında müşahidə olunan kimlik böhranı əslində tək bir səbəbdən qaynaqlanmır. Bu vəziyyət tənhalıq, aidiyyətsizlik və istiqamətsizlik hissinin birləşməsi nəticəsində yaranır. Müasir uşaqlar əvvəlki nəsillərlə müqayisədə daha həssasdırlar. […]
Gürcüstan Azərbaycanla sərhəd zonasında yeni milli park yaradır
Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsi Tsiv-Qombori Milli Parkının yaradılması ilə bağlı qanun layihəsini ilk oxunuşda dəstəkləyib. xeberde.az xəbər verir ki, layihəni Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Zurab Ezuqbaia təqdim edib. Sənədə əsasən, Saqareco, Qurcaani və Telavi bələdiyyələrinin inzibati ərazilərində, ümumilikdə, 21 min 761 hektar sahədə Tsiv-Qombori Milli Parkı yaradılacaq. Layihə […]
Prezident müşavirə keçirdi – FOTOLAR – YENİLƏNİB
Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. xeberde.az xəbər verir ki, dövlət başçısı müşavirədə nitq söyləyib. Prezident İlham Əliyevin nitqi – Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk […]
Bakıda ər-arvad öldürüldü
Bakıda ər-arvad qətlə yetirilib. xeberde.az xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Sabir Əliyev (1946-cı il təvəllüdlü) və həyat yoldaşı mənzildə bıçaqlanaraq öldürülüb. Polis hadisəni törətməkdə şübhəli bilinən Murad Niftəliyevi (1997-ci il təvəllüdlü) saxlayıb. Fakt araşdırılır. İlkin məlumata görə, hadisə qarət məqsədilə törədilib. /Apa
“Eurohome”un fəaliyyəti dayandırıldı – Video
“Eurohome” tikinti materiallarının satışı bazarınının fəaliyyəti dayandırılıb. Bu barədə xeberde.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, […]
İyunda 10 gün iş olmayacaq
İyun ayında 10 gün iş olmayacaq. xeberde.az xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq. Söhbət 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündən gedir. Bundan əlavə, iyun ayında səkkiz gün – 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazara […]
Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq
İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq. Bu barədə xeberde.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata […]
Professor: “Ləlöyün” çox aktiv və gözəl sözdür”
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Ana dili: kimlik və gələcək” mövzusunda keçirilən respublika gənclər konfransında şifahi dildə işlək olan sözlərin yeri gəldikdə ədəbi dilə gətirilməsinin vacibliyindən danışıb. xeberde.az xəbər verir ki, Mahirə Hüseynova çıxışında şifahi dildə işlək olan sözlərin bədii dilə gətirilməsinin mümkünlüyünü qeyd edib. “Bir dəfə mən […]










