Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin […]
Day: Aprel 9, 2026
Həkimdən XƏBƏRDARLIQ – Yuxusuzluğun ürək üçün ciddi fəsadları
Amerika Yuxu Tibbi Akademiyasının həkimi İndira Gurubhagavatula MedicalXpress-ə bildirib ki, xroniki yuxu çatışmazlığı bir sıra təhlükəli xəstəliklərin riskinin artması ilə sıx bağlıdır. Gurubhagavatula yuxu çatışmazlığının nəticələrinin çox ciddi ola biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, yuxu çatışmazlığı ürək-damar xəstəlikləri, depressiya, metabolik pozğunluqlar və idrak zəifləməsi riskini artırır. Bundan əlavə, gündüz yuxululuğuna səbəb olur ki, bu […]
Təxribat: Məhv olmuş rejimin əski parçası Qüdsdə açıldı
Qüdsdə Pasxa mərasimləri zamanı qalmaqallı hadisə baş verib. xeberde.az xəbər verir ki, Yerusəlimdə yerləşən Müqəddəs Qəbir kilsəsində məhv olmuş qondarma rejimin əski parçası qaldırılıb. Məlumata görə, artıq tarix səhnəsindən silinmiş, çürümüş və tarixin zibilliyinə atılmış qondarma rejimin tör-töküntüləri müxtəlif məkanlarda gizlənərək bu cür ucuz təxribatlara əl atırlar. Bu dəfə isə onlar müqəddəs məkandan istifadə edərək əski […]
Bakıda ağac avtomobilin üstünə aşdı – FOTOLAR
Dünən axşamdan başlayan güclü külək və yağış Bakıda və ətraf ərazilərdə fəsadlara yol açıb. Paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qırılan iri gövdəli ağac məhəllə sakininin şəxsi nəqliyyat vasitəsinin üzərinə aşıb. Hadisə nəticəsində “Ford” markalı avtomobilə ziyan dəyib. Lakin görünən odur ki, nə nəqliyyat vasitəsinin sürücüsünün, nə də yerli İcra Hakimiyyəti Orqanlarının hadisədən xəbəri var./Yeni […]
Bakıda taksilər qiyməti kəskin qaldırdı
Yağışlı hava Bakıda taksi qiymətlərinin kəskin qalxmasına səbəb olub. Bahalaşma bütün taksi şirkətlərinə aiddir. Əvvəlki günlərdə 3-4 manata gedilən yolun ödənişi hazırda 12-15 manat arasında dəyişir. Paytaxtın kənar ərazilərinə gedişhaqqı isə 35-40 manatdır. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər bahalaşma ilə bağlı heç bir məlumat yazmayıb.
İctimai nəqliyyatda ödənişlərlə bağlı MÜHÜM XƏBƏR – SABAHDAN…
Oktyabr–aprel ayları aralığında NFC funksiyası olan bank kartları ilə həyata keçirilmiş və ödəniş əməliyyatları zamanı silinməmiş vəsaitlərin 06.04.2026-cı il tarixindən etibarən mərhələli şəkildə silinməsinə başlanılacaq və ictimai nəqliyyatdan istifadə zamanı müvəqqəti məhdudiyyətlər aradan qaldırılacaqdır. xeberde.az xəbər verir ki, bu barədə “Bakıkart” məlumat yayıb. “Nəzərinizə çatdırırıq ki, ödəniş əməliyyatları dərhal icra edilsə də, vəsaitin silinməsi ilə […]
Türkiyədə qadın sərnişin bu zarafatına görə HƏBS EDİLDİ
Türkiyədə qadın uçuşa hazırlıq zamanı yersiz zarafat etdiyinə görə cəzalandırılıb. İstanbul məhkəməsi onu uçuş təhlükəsizliyinə təhdid yaratmaqda təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. “xeberde.az” bildirir ki, hadisə 2026-cı il fevralın 9-da “AJet” aviaşirkətinə məxsus İstanbul – Şanlıurfa reysi zamanı baş verib. Təyyarə Sabiha Gökçen hava limanında uçuşa hazırlaşırmış. Bu zaman iki […]
Yerin temperaturu gözləniləndən daha sürətlə yüksəlir: Alimlərdən HƏYƏCAN TƏBİLİ
Ekspertlər qeyd edirlər ki, bəşəriyyət istixana qazı tullantılarını təcili olaraq azaltmalıdır. Son on ildə qlobal temperaturun artım tempi xeyli sürətlənib. Son illərdə bu temp orta hesabla 0,35 dərəcə Selsi artıb. xeberde.az xəbər verir ki, qeyd olunur ki, bu rəqəm son bir neçə ildə adətən qeydə alınan 0,2 dərəcə Selsidən xeyli çoxdur. Mütəxəssislər əvvəllər iddia edirdilər […]
Xərəyi gözləməyib qucağında meydandan çıxardı
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb. xeberde.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb. Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb. Həkimin […]
İran internet kəsintisinə görə dünya rekordu qırır
İranda bir aydan çoxdur davam edən internet kəsilməsi, tarixdə ən uzun müddət davam edən internet kəsilməsi olub. “xeberde.az” xəbər verir ki, bu barədə “The Daily Star” qəzeti məlumat yayıb. İranda internet kəsintisi artıq ardıcıl 37 gündən (864 saat) çoxdur davam edir. Bildirilib ki, bu kəsinti müddəti və miqyası baxımından dünya üzrə bütün oxşar hadisələri üstələyir. Qeyd edilir ki, əvvəllər bəzi […]










