Azərbaycan Ordusunun PUA-larla Bakı və Abşeronda təlim-məşq uçuşları həyata keçiriləcək. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçiriləcək. Səmada müşahidə ediləcək PUA aktivliyi ilə […]
Month: Aprel 2026
İyunun 14-də “Son zəng” olmayacaq
Azərbaycanda bu il “Son zəng” tədbiri iyunun 14-də deyil, 12-də keçiriləcək. Bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır. Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” mərasimi bu il iyunun 12-də baş tutacaq.
Azərbaycanda fişəng partlayıb, yeniyetmə xəsarət alıb
Gəncədə bədbəxt hadisə baş verib. xeberde.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlinin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.(apa)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 23-də Şamaxı rayonuna səfər edib. Dövlət başçısı Ümummilli Lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Azərbaycanlı gənc ABŞ-də itkin düşüb – FOTO
Azərbaycanlı gənc Amerika Birləşmiş Ştatlarında (ABŞ) itkin düşüb. Ömər Yaşar oğlu Bayramzadə üç həftə əvvəl yaşadığı evdən ayrılıb və həmin vaxtdan ondan xəbər almaq mümkün olmayıb: Vurğulanır ki, o, Ohayo ştatının Kolumbus şəhərində yaşayırmış. Artıq məsələ ilə bağlı yerli polisə məlumat verilib və hüquq-mühafizə orqanları axtarışlarını davam etdirir.
Bu ölkədə uşaq qidası ilə bağlı reklamın qadağan edilməsi təklif olunur
Qırğızıstan parlamenti uşaqlar üçün süni qidalarla bağlı reklam qaydalarının sərtləşdirilməsi haqqında qanun layihəsini ictimai müzakirəyə çıxarıb. “Joqorku Keneş (parlament) “Reklam haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanun layihəsini ictimai müzakirəyə çıxarıb. Sənədin təşəbbüskarı qismində deputat Toktobubu Aşımbayeva çıxış edib. Qanun layihəsinin məqsədi səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və uşaqlar üçün süni qidaların reklamının tənzimlənməsinin sərtləşdirilməsidir”, – məlumatda […]
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Prezident İlham Əliyev Şamaxı rayonunda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. “Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ […]
Vətən müharibəsi qazisi vəfat edib – FOTO
Lənkəran rayonundan olan Vətən müharibəsi qazisi vəfat edib. Rayonun Cil kənd sakini, 33 yaşlı kapitan Aqil Bəxtiyar oğlu Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Bildirilib ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Aqil son 4 gündür Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurmuş. O, elə həmin tibb müəssisəsində vəfat edib. Mərhumun nəşi bu gün […]
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenantla bağlı YENİ QƏRAR
Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. Məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha üç ay uzadılıb. Qeyd edək ki, polkovnik-leytenant cinayət baş verən dövrdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin şöbə rəisi işləyib. O, təqaüdə çıxandan dörd ay sonra həbs edilib.
Hövsanda müəllimə olan arvadını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib
Hövsanda məktəb müəllimi olan arvadını qətlə yetirməkdə təqsirləndirilən Vasif Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Suraxanı rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb. Belə ki, V. Abbasov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə ilə istintaq orqanın vəsaətinə məhkəmə baxıb. Məhkəmənin qərarına əsasən, V. Abbasov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, […]










