Trampın İranla danışıqlar elan etməsinə baxmayaraq, ABŞ Yaxın Şərqdə qoşun toplayır. xeberde.az “The New York Times” qəzeti ABŞ hərbi dairələrindəki mənbələrə istinadən xəbər verir ki, ABŞ İrana qarşı potensial əməliyyata hazırlıqlar fonunda Yaxın Şərqdəki hərbi mövcudluğunu genişləndirməyi düşünür. Nəşrin məlumatına görə, ABŞ ordusu 82-ci Hava-Desant Diviziyasından təxminən 3000 əsgərin bölgədə yerləşdirilməsi ehtimalını müzakirə edir. Onların 31-ci […]
Month: Aprel 2026
Belə yazmaq xəstəlikdən xəbər verirmiş – Alimlərin tapıntısı
Alimlər müəyyən ediblər ki, Şizofreniya xəstəliyindən əziyyət çəkən insanlarda yazılı nitq də ciddi şəkildə dəyişir. xeberde.Az xəbər verir ki, araşdırmanın nəticələri “Journal of Writing Research” jurnalında dərc olunub. Tədqiqat göstərib ki, halüsinasiyalar və sayıqlamalar kimi pozitiv simptomları üstün olan pasiyentlər daha uzun mətnlər yazır, lakin bu yazılarda təkrarlar, məntiq pozuntuları və süjetin təhrif olunması daha […]
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək, dolu yağacaq – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarının bəzi yerlərində martın 25-dən 30-u səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xeberde.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Avropol 23 ölkə ilə məliyyat keçirdi: 373 min sayt bağlandı
Avropa polis təşkilatı Avropolun rəhbərliyi ilə 23 ölkənin iştirak etdiyi genişmiqyaslı beynəlxalq əməliyyat nəticəsində qaranlıq internetin ən böyük şəbəkələrindən biri ifşa edilib və sıradan çıxarılıb. xeberde.az xəbər verir ki, uzun illər davam edən izləmə nəticəsində yüz minlərlə qanunsuz sayt bağlanıb, 105 serverə və çoxsaylı texniki vasitələrə əl qoyulub. “Alice əməliyyatı” adlanan bu proses kibercinayət dünyasına […]
Laricaninin yerinə İran Təhlükəsizlik Şurasının katibi təyin edilib
İran prezidenti İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) keçmiş yüksək rütbəli komandiri Məhəmməd Bağır Zülqədri mərhum Əli Laricaninin yerinə Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib. xeberde.az-ın “Iran International”a istinadən məlumatına görə, prezident müavini təyinatı elan edib. Prezident Məsud Pezeşkianın müavini Mehdi Təbatəbai X sosial media platformasında təyinatın Ali Rəhbər tərəfindən təsdiqləndiyini və prezident tərəfindən edildiyini yazıb. […]
FT: Trampın paylaşımından əvvəl 580 milyon dollarlıq əməliyyatlar edilib
23 mart tarixində, Nyu-York vaxtı ilə saat 06:49–06:50 aralığında — ABŞ prezidenti Donald Trampın “Truth Social” platformasında İranın enerji obyektlərinə zərbələrin təxirə salınması ilə bağlı paylaşımından təxminən 15 dəqiqə əvvəl — Brent və WTI markalı neft fyuçersləri üzrə təxminən 6200 əməliyyat həyata keçirilib. xeberde.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Trampın açıqlaması neft […]
Qurban Qurbanov futbolçularını SEVİNDİRDİ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunçularına əlavə istirahət vermək qərarına gəlib. xeberde.az bildirir ki, “Kəpəz”ə məğlubiyyətdən sonra, psixoloji stressi azaltmaq məqsədilə məşqçi komandaya dörd günlük fasilə verib. Komanda 25 mart tarixində yenidən toplanacaq. Qeyd olunur ki, “Qarabağ”ın növbəti oyunu 3 apreldə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı baş tutacaq.
Rza Pəhləvi Trampla Netanyahuya çağırış etdi: “Dayanmayın, vurun!”
İranın sonuncu şahının Amerikada yaşayan oğlu Rza Pəhləvi ABŞ və İsrail rəhbərliyinə müraciət edib. xeberde.az xəbər verir ki, Rza Pəhləvi İrandakı rejimin yıxılmasına çağırış edib. “Mən Prezident Trampı və Baş nazir Netanyahunu rejimi və onun repressiya aparatını hədəf almağa davam etməyə, eyni zamanda xalqımızın ölkəni yenidən qurmaq üçün ehtiyac duyduğu İranın həyati əhəmiyyətli mülki infrastrukturunu qorumağa […]
Çin lideri İlham Əliyevi təbrik etdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident. Bahar bayramı münasibətilə göndərdiyiniz təbrik məktubuna görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çin Hökuməti və xalqı adından Sizi, Azərbaycan Hökumətini və bütün Azərbaycan xalqını ənənəvi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Çin və Azərbaycan hərtərəfli […]
Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər
Məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər. Əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb. Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb. […]










