Cəmiyyət

Polis 763 çağırışa gedib – FOTOLAR

Yağışın fəsadlarının aradan qaldırılması və vətəndaş müraciətlərinə baxılması istiqamətində DİN əməkdaşları tərəfindən operativ tədbirlər görülür. DİN-in mətbuat xidmətindən xeberde.az-a verilən məlumata görə, bir sutka ərzində “102” Xidməti-Zəng Mərkəzinə daxil olmuş 763 çağırış aidiyyəti üzrə istiqamətləndirilib. Onlardan 475-i Dövlət Yol Polisinə, 214-ü ərazi polis orqanlarının Post-Patrul və Çevik Polis Alayının əməkdaşlarına, 74-ü isə digər xidmət sahələrinə ötürülərək […]

Dünya Hadisə

Husilər İsrailə raket zərbələri endiriblər

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı bu gün İsraildəki hədəflərə raket zərbəsi endirib. xeberde.az xəbər verir ki, bu barədə “Asharq News” husilərin silahlı qüvvələrinin bəyanatına istinadən məlumat yayıb. “Yəmən silahlı qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb”, – məlumatda bildirilib. Bu, Fars körfəzində mövcud gərginliyin başlanmasından bəri Yəmən husilərinin endirdiyi ilk zərbədir.

Cəmiyyət

“Sədərək”i su basdı

Bakıya fasiləsiz yağan güclü yağış bir sıra iri ticarət obyektlərində də fəsadlar törədir. xeberde.az xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzində da analoji hal yaşanıb. Belə ki, obyektdə yerləşən su xətləri güclü yağışa tab gətirməyərək sıradan çıxıb. Nəticədə yağış suyu ətrafa, mağazala yayılaraq məhsullara zərər vurub.

Cəmiyyət

Polis naryadları küçə və prospektlərdə xidmətə cəlb olundu

Davam edən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərlərində, eləcə də respublikanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Bu barədə xeberde.az-a DİN-dən məlumat verilib. Qeyd olunub ki, vətəndaşların təhlükəsizliyinin və rahat hərəkətinin təmin edilməsi məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb olunublar: “Nəqliyyatın hərəkəti Yol Patrul Xidməti, Post […]

Cəmiyyət Gündəm

Ekstremal yağıntılar: London və Paris belə tab gətirmir – ARAŞDIRMA

Son günlər Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrimizdə intensiv xarakterli yağışlar müşahidə edilir. Müşahidə olunan güclü yağıntılar bir daha göstərir ki, iri şəhərlərdə hava şəraiti bəzən gündəlik həyatın ritmini dəyişə bilir. Bu isə yalnız bir şəhərə xas hal deyil kimi qiymətləndirilmir. Qısa müddətdə normanı aşan yağış dünyanın bir çox inkişaf etmiş paytaxtlarında […]

Cəmiyyət

Su basmış ərazilərdən insanlar təxliyə edilir – VİDEO

Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Cəmiyyət İqtisadiyyat manset

Azərbaycanda ən çox və ən az kredit verilən 7 iqtisadi rayon – SİYAHI

Azərbaycanda regionlar üzrə kredit qoyuluşunun həcmi açıqlanıb. xeberde.az xəbər verir ki, ölkə üzrə ən kiçik kredit portfeli Şərqi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb. Bu regionda kredit qoyuluşunun həcmi cəmi 24 milyon 414 min manat (14,51%) təşkil edir. İkinci yerdə Dağlıq Şirvan iqtisadi rayonu qərarlaşıb – burada kredit portfelinin həcmi 210 milyon 950 min manat (20,24%) olub. Mil-Muğan […]

Cəmiyyət Hadisə

Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən xeberde.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif […]

Dünya Hadisə

Müxalifət liderinə həbs cəzası verildi

Gürcüstanda müxalifət lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. xeberde.az xəbər verir ki, siyasətçi Tbilisi meri Kaxa Kaladzenin seçkiöncəsi bannerinə markerlə “Rus arzusu” yazdığına görə məsuliyyətə cəlb olunub. Dəymiş zərərin 570 lari olduğu bildirilir. Məlumata görə, Xoştariya məhkəmə iclasında iştirak etməyib və “heç bir hakimiyyət qolunu tanımadığını” bəyan edib. Onun vəkili çıxarılan […]

AKTUAL Dünya

Uşaqlara telefon qadağası müzakirə olunur

Rusiyada müəyyən yaşa qədər uşaqların mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilməsi məsələsi müzakirə olunur. xeberde.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov açıqlama verib. Nazir bildirib ki, hazırda uşaqların mobil telefonlardan istifadəsinin məhdudlaşdırılması ilə bağlı müxtəlif təkliflər nəzərdən keçirilir. Onun sözlərinə görə, söhbət konkret olaraq “müəyyən yaş həddi”nin müəyyənləşdirilməsindən gedir. Qeyd olunub ki, […]