Cəmiyyət

Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? – Yol polisindən açıqlama – FOTO – VİDEO

“Vətəndaşın müraciəti araşdırılarkən məlum olub ki, o, digər zolağa keçmədən avtobus zolağında hərəkətini davam etdirdiyi üçün barəsində elektron qaydada protokol tərtib edilib. Əlavə olaraq qeyd edim ki, həmin yolayrıcında nəqliyyat vasitələri ikinci zolaqdan da sağa manevr edə bilərlər”. Baku TV-nin “Qaynar xətt”inə müraciət edən vətəndaş Nərimanov rayonu, Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki yol nişanlanmasında […]

AKTUAL Dünya

Bu gün işıqlar bir saatlıq söndürüləcək

Yer Saatı Ümumdünya Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən və hər il mart ayının son şənbə günü keçirilən qlobal illik beynəlxalq təşəbbüsdür. Bu gün müəyyən bir vaxtda, dünyanın hər yerində insanlar işıqlarını və digər elektrik cihazlarını bir saatlıq söndürürlər. Tədbirin tarixi hər il üçün unikaldır. xeberde.az xəbər verir ki, 2026-cı ildə bu tarix martın 28-nə təsadüf edir. […]

Hadisə

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ olub. xeberde.az Ermənistan mediasının məlumatına görə, Martuni şəhərindən 15 km cənub-şərqdə 2,5 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Geğarkunik bölgəsinin Mədinə kəndində 2–3 bal gücündə hiss olunub. Hadisə nəticəsində dağıntı qeydə alınmayıb.

Hadisə

Bayram günlərində 12 nəfər qidadan zəhərləndi

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb. Naxçıvan MR “Yoluxucu Xəstəliklər Mərkəzindən xeberde.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.

Cəmiyyət Gündəm

Hava şəraiti ilə əlaqədar futbol oyunları təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən U-15, U-16, U-17 və Gənclər Liqasının həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb. xeberde.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilib ki, matçların təxirə salınması ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədardır.

Bölgə Cəmiyyət Gündəm

Çaylarda sululuq kəskin artıb

Mart ayının 27-dən 28-i səhər saatlarınadək ölkə ərazisində müşahidə olunmuş intensiv xarakterli yağıntılar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb. Bu barədə xeberde.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə istinadən xəbər verir. Aparılmış monitorinqlərin nəticələrinə əsasən, ən çox artım Böyük Qafqazın Quba–Qusar, Dağlıq Şirvan və Şərqi Zəngəzur bölgələrindən axan […]

Dünya

Şahbaz Şərif Pezeşkianla hərbi əməliyyatları müzakirə etdi

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. xeberde.az xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb. Tərəflər bölgədə davam edən hərbi əməliyyatlar və sülh səyləri ilə bağlı geniş müzakirələr aparıblar. “Baş nazir Pakistanın İsrailin İrana qarşı davam edən hücumlarını, o cümlədən dünən mülki […]

Dünya

ABŞ aviabazasına zərbədə xəsarət alan hərbçilərin SAYI

İranın Səudiyyə Ərəbistanında “Şahzadə Sultan” Aviabazasına hücumu nəticəsində 29 ABŞ hərbçisi xəsarət alıb. xeberde.az bu barədə “Times of Israel” ə istinadən xəbər verir. Bildirilib ki, həmin bazaya həftə ərzində iki dəfə hücum edilib və ümumilikdə, yaralanan hərbçilərin sayı 29 nəfərdir. Məlumata görə, baza 6 ədəd ballistik raket və 29 dronla vurulub.