Səhiyyə Nazirliyinin nəzdində Gəncə Şəhər Psixiatriya Xəstəxanasına yeni baş həkim təyin olunub. xeberde.az xəbər verir ki, müvafiq əmrlə Zeynal Məmmədov sözügedən qurumun baş həkimi vəzifəsinə gətirilib. O, bunadək Maştağa Psixiatriya Xəstəxanasında həkim olub. Məlumat üçün bildirək ki, dekabr ayında Yaqut İlyasova, yanvar ayında isə həkim-psixiatr Sultanə Salmanova bu xəstəxanaya baş həkim əvəzi olaraq təyinat almışdı. (Qafqazinfo.az)
Month: Aprel 2026
Millimiz Malta ilə heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib. xeberde.az məlumat verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha […]
Oğlu tərəfindən öldürülən qadın müəllim olub – FOTO
Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub. xeberde.az xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev küt alətlə anasını qətlə yetirib. Daha sonra isə […]
Mayda 14 gün iş OLMAYACAQ
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib. xeberde.az-ın məlumatına görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir. Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə […]
Sürücüləri ziyana salan yolun son durumu
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Qeyd edilib ki, Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində – paytaxt Bakı istiqamətindəki ərazidə yağan güclü yağışlardan sonra çalalar əmələ gəlmişdi: “Mövcud vəziyyətin aradan qaldırılması üçün əraziyə xüsusi texnika və aidiyyəti əməkdaşlar cəlb edilib. […]
Azərbaycanın ən hündür binası tikilir – 323 metr
“Sea Breeze” kurort şəhərciyində Azərbaycanın ən hündür binası hesab olunan “Cipriani Tower”in inşaat işləri davam edir. “Cipriani Tower” süni Halfmoon adasında yerləşəcək. Bu memarlıq konsepsiyası 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası olacaq. xeberde.az xəbər verir ki, yeni qüllə Xəzər dənizi sahilindəki Halfmoon adasında yerləşəcək. Bu bina 323 metr hündürlüyü ilə Azərbaycanın ən hündür binası […]
“Qarabağ” azyaşlılara bileti pulsuz etdi
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb. xeberde.az xəbər verir ki, “Qarabağ” bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb. 15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.“Qarabağ” bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı. Qeyd […]
2050-ci ildə hər ikinci insan uzağı görməyəcək: Rusiyalı həkimdən xəbərdarlıq
2050-ci ilə qədər Yer əhalisinin təxminən yarısının miopiyadan (uzağı görməmə) əziyyət çəkəcəyi gözlənilir. Bu nəticə ABŞ-nin “National Academy of Sciences” təşkilatının hesabatında yer alıb. xeberde.az xəbər verir ki, bu barədə gazeta.ru-ya açıqlamasında “Attribute” klinikasının oftalmoloqu Yekaterina Bayandina danışıb. Həkimin sözlərinə görə, geniş yayılmış fikrin əksinə olaraq, görmə qabiliyyətinin pisləşməsi smartfon və digər cihazlardan yayılan mavi işıqla […]
Masazırda 4 gündür ki, içməli su yoxdur: Sakinlərdən NARAZILIQ
Abşeron rayonunun Masazır qəsəbəsində içməli suyun verilməsində problem yaranıb. xeberde.az-ın məlumatına görə, artıq dörd gündür qəsəbənin bəzi ərazilərinə su verilmir. Nəticədə sakinlər susuz qalıblar. Bildirilir ki, əraziyə suyun verilməsi əsasən su maşınları vasitəsilə həyata keçirilir. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nasos stansiyasında yaranan problem aradan qaldırılmaqdadır. […]
Ombudsman Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yaydı – “Sistemli və amansız cinayətlər törədilib”
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. xeberde.az həmin bəyanatı təqdim edir: “Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetiriliblər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən […]










