Abşeron rayonunun Qobu qəsəbəsində həyat yoldaşını və körpə qızını öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin kassasiya şikayəti təmin olunmayıb. xeberde.az-ın məlumatına görə, bu barədə Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar verilib. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Fərid Hüseynliyə təyin etdiyi ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişdirilməyib. […]
Month: Aprel 2026
Uşaqlara ad qoymaqla bağlı yeni qayda
Uşağın vətəndaşlıq və ad almaq hüququ yeni qanunla müəyyən edilir. xeberde.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra onun doğumu Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq qeydiyyata alınır və o, “Azərbaycan Respublikasının vətəndaşlığı […]
“2 manat 40 qəpiklə həkim saxlamaq mümkün deyil”
Məlum olduğu kimi, qanunvericiliyə, o cümlədən Miqrasiya Məcəlləsinə və “İcra haqqında” Qanuna əsasən, vergi və digər məcburi ödənişlər üzrə borcu olan şəxslərin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu, beynəlxalq praktikada da tətbiq olunan normal bir mexanizmdir. xeberde.az xəbər verir ki, bunu deputat Azay Quliyev parlamentdə Ombudsmanın illik hesabatının müzakirəsi zamanı deyib. Deputat bildirib ki, lakin […]
Uşaqların dinə məcbur edilməsi qadağan edildi
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir. xeberde.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Uşaq hüquqları haqqında” qanun layihəsində əks olunub. Yeni layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Qeyd olunub ki, uşaqların dinə […]
Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum əfv edilib – Səbinə Əliyeva
Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib. xeberde.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin […]
Şagirdlərin çanta yükünün azaldılması təklif olunur
Şagirdlərin çanta yükünün azaldılması üçün məktəblərdə yığcam tərtibatlı dərs materiallarından istifadə olunması təklif olunur. xeberde.az xəbər verir ki, bununla bağlı İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Qeyd olunub ki, tədris proqramının ağır olmasının, bu səbəbdən də dərs vəsaitlərinin və onun komplektlərinin çoxluğunun xüsusən ibtidai siniflərdə təhsil alan şagirdlərin çantalarının […]
İlham Əliyev bolqarıstanlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib. xeberde.az xəbər verir ki, təbrikdə deyilib: “Hörmətli xanım Prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda […]
Vətəndaşlara tonqalla bağlı xəbərdarlıq – VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə xeberde.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar […]
Trampın boynundakı ləkə nədir? – FOTO
ABŞ Prezidenti Donald Tramp jurnalistlər tərəfindən kameraya çəkilib. xeberde.az xəbər verir ki, onlar dövlət başçısının boynunda qəribə qırmızı ləkəni lentə alıblar. Bu barədə Telegram kanalı “Clash Report” bildirib. “Bu gün Trampın boynunda səpgiyə bənzər qırmızı ləkə nəzərə çarpırdı”, – deyə məlumatda qeyd edilir. Ağ Evin açıqlamasına görə, Trampın boynundakı qızartı onun istifadə etdiyi dəri kremindən qaynaqlanıb.
Xameninin həyat yoldaşı da öldü
İranın mərhum ali lideri Ayətullah Əli Xameneinin həyat yoldaşı vəfat edib. xeberde.az xəbər verir ki, Mənsurə Xocəstə Baqerzadeh ABŞ və İsrail aviasiyasının Tehrana endirdiyi zərbələr zamanı aldığı ağır xəsarətlət səbəbindən ölüb. Bu barədə TASS agentliyi İranın Al Alam telekanalına istinadən məlumat yayıb. Məlumata görə, həkimlər son hücumlar zamanı xəsarət almış Mənsurə Xocəstəni xilas edə bilməyiblər. İran rəsmilərindən […]










