Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Day: Fevral 26, 2026
Doqquz Azərbaycan vətəndaşı Almaniyadan çıxarıldı
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 19 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası vətəndaşı olan doqquz nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya […]
“Bloomberg”: Cefri Epşteyinin varisi qurbanlara kompensasiya ödəyəcək
Maliyyəçi Cefri Epşteyinin hüquqi varisi və onun iki keçmiş əməkdaşı istismar qurbanı olduqlarını bildirən təxminən 40 nəfərə kompensasiya ödəməyə razılaşıb. xeberde.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər hələ həllini tapmamış məhkəmə iddialarının bağlanması üçün 35 milyon dollara qədər vəsait ödəməyi qəbul ediblər. Bu məbləğ daha əvvəl Epşteyin Qurbanlarının Kompensasiya […]
Bu ölkə ukraynalılara yardımı dayandırdı
Polşa Prezidenti Karol Navrotski Ukrayna qaçqınları üçün xüsusi status və güzəştləri ləğv edən qanun imzalayıb. “xeberde.az” xəbər verir ki, bu barədə K.Navrotskinin mətbuat katibi Rafal Leskieviç X-də yazıb. “19 fevral 2026-cı ildə Polşa Prezidenti Karol Navrotski silahlı münaqişə ilə əlaqədar ölkə ərazisində məskunlaşan Ukrayna vətəndaşlarına yardım haqqında müddəaların ləğvi ilə bağlı qanunu imzalayıb”, – deyə […]
Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş…
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “xeberde.az” xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə prosesdə şahidlərin dindirilməsi davam etdirilib. Şahidlərdən ilk olaraq N. Mehdiyev ifadə verib. O […]
Yeni azadlığa çıxan stilist vəfat etdi – Foto
Bir zamanlar tanınmış ulduzlarla çalışan stilist Sərxan Yadigarov vəfat edib. “xeberde.az” xəbər verir ki, bu barədə mərhumun yaxın ətrafı xəbərshow-a məlumat verib. Bildirilib ki, bir müddət əvvəl həbs olunan və bir neçə ay öncə əfv edilərək azadlığa buraxılan stilist səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib. Onun pnevmoniyadan vəfat etdiyi qeyd olunub. Sərxan Yadigarov uzun illər […]
Qordon həftənin ən yaxşı futbolçusu seçildi
İngiltərənin “Nyukasl” klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib. “xeberde.az” xəbər verir ki, o, pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirilən oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub. Qeyd edək ki, ingiltərəli futbolçu səsvermədə Due Dezire (PSJ), Kasper Heq (“Budyo Qlimt”) və Patrik Şiki (“Bayer […]
Saxta kampaniyalarla bağlı vətəndaşlara – Xəbərdarlıq
Kiberdələduzlar bir çox hallarda müxtəlif kampaniyalar adı ilə guya ucuz məhsul satışı, məhdud sayda endirim aksiyaları, xeyriyyə aksiyaları və ya sosial yardım proqramları təşkil edildiyini bildirərək istifadəçiləri saxta keçidlərə yönləndirməyə cəhd edirlər. “xeberde.az” xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib. Qeyd edilib ki, əksər hallarda saxta saytlar vizual olaraq rəsmi qurumların […]
Həmin iki nəfər vəzifəsindən azad edildi – Video
Paytaxtın Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. “xeberde.az” xəbər verir ki, videoda Mənzil Kommunal İstismarı Sahəsinin iki əməkdaşı yerə tum çırtlayıb tökür, bu zaman isə sahənin iki yaşlı əməkdaşı ərazini təmizləyir. Bu hadisə sosial şəbəkələrdə izləyicilərin hiddətinə səbəb olub. “O əməkdaşların hərəkəti bina sakinləri tərəfindən heç də birmənalı […]









