Türkiyə və Ermənistan ikitərəfli quru ticarətinə başlamaq barədə razılığa gəliblər. xeberde.az xəbər verir ki, bu barədə Türkiyənin T24 nəşri məlumat yayıb. “Al Monitor” qəzetinin jurnalisti Ezgi Akinin sözlərinə görə, vəziyyətlə tanış olan iki kommersiya mənbəyi Ankara və İrəvanın birbaşa quru ticarətinə başlamaq barədə razılığa gəldiyini bildirib. Bu addım Ankaranın Cənubi Qafqazda ABŞ-ın rəhbərlik etdiyi daha geniş […]
Day: Fevral 26, 2026
Hərbi attaşelər hərbi hissədə olublar – VİDEO
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub. Müdafiə Nazirliyindən xeberde.az-a verilən xəbərə görə, hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib və brifinq təqdim olunub. Qeyd edək ki, tədbirdə 18 ölkəni təmsil edən 22 nümayəndə iştirak edib.
NATO baş katibi Rusiyanı ələ saldı
Rusiya qüdrətli ayı kimi görünmək istəyir, amma bağ ilbizi ilə eyni yöndəmsiz sürətlə hərəkət edir. xeberde.az xəbər verir ki, bu barədə NATO baş katibi Mark Rutte bildirib. O, Rusiyanın Ukraynadakı irəliləmə sürətini ələ salmaq üçün bu sözləri işlədib.
General Ayaz Həsənovun məhkəməsi BAŞLADI
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini-Əməliyyat Baş İdarəsinin rəisi olmuş general-leytenant Ayaz Həsənovla bağlı qaldırılan mülki iddia üzrə məhkəmənin hazırlıq iclası başlayıb. xeberde.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində hakim Həbibə Miriyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Daha sonra iddiaçı sabiq hakim, hazırda vəkil kimi fəaliyyət göstərən Rafiq Abbasov məhkəməyə bildirib ki, […]
Bakı aeroportundan sərnişinlərə MÜRACİƏT
14-15 fevral tarixlərində, gecə saatlarında Hava limanı şosesində aparılacaq texniki işlərlə əlaqədar müəyyən istiqamətlər üzrə nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. xeberde.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun açıqlamasında bildirilir. “Bununla əlaqədar olaraq, qeyd olunan tarixlərdə uçuşu olan sərnişinlərə hava limanına gəliş və yaxud limandan çıxış zamanı alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur. […]
Millimiz 1 milyon avrodan çox gəlir əldə etdi
UEFA Millətlər Liqası çərçivəsində 2024/2025-ci illər mövsümü üzrə milli assosiasiyalara ayrılan vəsait açıqlanıb. xeberde.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun tərtib etdiyi maliyyə hesabatında öz əksini tapıb. Hesabata əsasən, Azərbaycan yığması turnirdə iştiraka görə 1 milyon 125 min avro gəlir əldə edib.
Sıx əlaqə və etibarlı əməkdaşlıq mühitində
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və […]
Enerji təminatında fəallığımız artır
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı zamanı vurğulayıb ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min […]
Dünyanın aparıcı güc mərkəzləri ilə bir cərgədə
Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bəyan edib ki, bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər […]
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Süni intellekt, “mygov” və kibertəhlükəsizlik Azərbaycan üçün strateji prioritetdir. Prezident İlham Əliyev dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, aparıcı ölkələrdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı qeyd edib ki, inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində “süni intellekt agentləri” tətbiq edilir və bu sistemlər qərarların düzgünlüyünün qiymətləndirilməsində yardımçı rol […]










