“Azərbaycan Nəşriyyatı” MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb. xeberde.az xəbər verir ki, MMC-dən “Report”a bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib. Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb. Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti […]

