Hazırda dünya xəbər mexanizminin bir nömrəli mövzularından biri Venesuela prezidenti Nikolas Maduro ilə bağlıdır. ABŞ xüsusi təyinatlılarının keçirdiyi xüsusi əməliyyat, Maduronun saxlanılması, ABŞ-a aparılması və bu gün Nyu-York federal məhkəməsi qarşısına çıxarılması beynəlxalq medianın əsas gündəmini təşkil edir. Qlobal informasiya axını demək olar ki, bir nöqtəyə fokuslanıb: Maduro faktoru. Məhz bu səbəbdən xeberde.az Nikolas Maduro ilə […]
Day: Mart 12, 2026
İran üçün təhlükəli ssenari: Vaşinqton və Təl-Əviv razılaşdı
ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Beniyamin Netanyahu Floridada keçirilən görüş zamanı İrana qarşı mümkün hərbi zərbə məsələsini müzakirə ediblər. xeberde.az xəbər verir ki, razılaşmaya əsasən, İran ABŞ-ın irəli sürdüyü şərtlər əsasında nizamlanmaya getməzsə, zərbə variantı gündəmdə saxlanılacaq. Bu barədə “Al-Akhbar” Livanın rəsmi dairələrinə istinadla məlumat yayıb. Məlumata görə, Tramp və Netanyahu paralel […]
“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” – MÜHÜM açıqlama
Dünyanın əsas neft istehsalçılarından biri olan Venesuelada baş verən son siyasi və iqtisadi proseslər qlobal neft bazarında qeyri-müəyyənliyi artırır. Neft hasilatı və ixracında yaranan risklər dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu proseslərdən neft ixracatçısı olan Azərbaycan da kənarda qalmır. Qlobal təklif-tələb balansındakı dəyişikliklər, qiymət dalğalanmaları və geosiyasi risklər ölkəmizin neft gəlirləri, ixrac imkanları […]
Tanınmış aparıcı “Space TV”dən getdi – FOTO
Tanınmış aparıcı “Space TV” ilə yollarını ayırıb. “Space TV”nin “Hər Gün” xəbərlər xidmətinin rəhbəri Elman Bakuvi öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, Elman Bakuvi bundan öncə uzun illər “Azad Azərbaycan Televiziyası”nda fəaliyyət göstərib. O, “Space TV”də rəhbər vəzifəsinə 2023-cü ildə təyin olunmuşdu.
Türkiyə Prezidenti: F-35 proqramına yenidən qoşulmalıyıq
Türkiyə F-35 proqramına yenidən qoşulmalıdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə yazılı müsahibəsində danışıb. O, Türkiyənin Rusiyadan hərbi texnika almasına görə F-35 proqramından çıxarılması qərarını “ədalətsiz” adlandırıb. “ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəyə başlaması ilə Türkiyə–ABŞ münasibətlərində daha müsbət bir müstəviyə keçid üçün imkan yaranıb. Türkiyənin ödənişini etdiyi F-35 təyyarələrini təhvil alması və […]
Bakıda DƏHŞƏT- Qadın evində BOĞULDU
Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub. Hadisə Sabunçu rayonu, Muxtarov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakin i, 1963-cü il təvəllüdlü Şamama Gəncalı qızı Məstalıyeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yürüş Mehrəlibəyli həbs edildi
Şərqi Azərbaycan əyalətinin Culfa şəhərində yaşayan milli fəal və keçmiş siyasi məhbus Yürüş Mehrəlibəyli saxlanılıb. Bu barədə onun ailəsinə yaxın mənbələr məlumat yayıb. Heç bir rəsmi dövlət qurumu hələlik milli fəalın həbsinin məsuliyyətini üzərinə götürməyib. Onun harada saxlanıldığı və həbs səbəbi barədə də məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, Yürüş Mehrəlibəyli İranda baş […]
Ərdoğan diplomatik kartları açdı: Ankara Putinlə Zelenskini bir masa arxasına
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Bloomberg”ə müsahibəsində ölkəsinin Rusiya ilə Ukrayna arasında mümkün danışıqlar üçün potensial və etibarlı platforma olaraq qaldığını bildirib. xeberde.az xəbər verir ki, Ərdoğan Ankaranın tərəflər arasında atəşkəs rejiminin monitorinqinə dəstək verməyə hazır olduğunu vurğulayıb. Türkiyə liderinin sözlərinə görə, Ankara həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə […]
SOS: Xəzər kiçildikcə zəlzələlər dağıdıcı olacaq? – AÇIQLAMA
“Volqa çayından suyun istiqaməti dəyişdirilib və o, artıq tam şəkildə Xəzərə axmır. Bu, təbii proses deyil, insan müdaxiləsinin nəticəsidir. Bərpa məsələsində isə vaxt çox önəmlidir. Tələsmək lazımdır. Əgər üç il ərzində ciddi addımlar atılmasa, Xəzər çox sürətlə qurumağa başlayacaq”. Bunu tanınmış ekstrasens Qalina Bağırova Minval Politika-ya müsahibəsində 2026-ci illə bağlı proqnozlarında deyib. Onun sözlərinə görə, […]
“Dəmir zərbə”nin düyməsi basıldı: İsrail İrana hazırdır, Trampdan açıq hədələyici mesaj
İsrailin hərbi-siyasi rəhbərliyi bölgəni yeni və son dərəcə təhlükəli mərhələyə aparan qərar qəbul edib. xeberde.az xəbər verir ki, İsrailin hərbi kabineti İrana qarşı yeni “dəmir zərbə” adlı hərbi əməliyyatın keçirilməsini təsdiqləyib. Rəsmi Təl-Əviv əməliyyatın detalları, vaxtı və miqyası ilə bağlı susqunluq nümayiş etdirir ki, bu da vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Məlumatlara görə, qərar İranın […]










