Gündəm Hadisə

Əli Kərimlinin evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mənzilində axtarış aparılıb.  xeberde.az xəbər verir ki, axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində açılan cinayət işi çərçivəsində aparıldığı qeyd edilir. Əli Kərimlinin saxlanıldığı barədə bir qədər öncə yayılan məlumat hələ ki rəsmən təsdiqlənməyib. Xatırladaq ki, Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi […]

Cəmiyyət

Bu kitab qadağan edildi — Ədəbi mühit ayağa qalxdı

Elm və Təhsil Nazirliyinin Donna Deyl Karneginin “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabını məktəb kitabxanalarında qadağan etməsi ciddi narazılıq yaradıb. “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu bu qərarı gender baxımından ədalətsiz adlandırır və kitab seçimi, Dövlət vəsaitinin xərclənməsi, eləcə də nəşriyyatların seçim meyarları ilə bağlı Nazirlikdən şəffaf açıqlama tələb edir. O […]

Dünya

Bu ölkədə 173 xəstənin ölümündən sonra 82 min fentanil flakonu müsadirə edilib

Argentina polisi 173 xəstənin ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 82 mindən çox fentanil ampulunu müsadirə edib. xeberde.az xəbər verir ki, müsadirələr Argentinanın dörd vilayətində – Buenos-Ayres, Formosa, Kordova və Santa-Fe ərazilərində həyata keçirilib. Məhkəmə orqanları müəyyən edib ki, bütün ampullar xəstəxanalara göndərilməzdən əvvəl bakteriyalarla çirklənmiş qruplara aid olub. İstintaq bir neçə ay əvvəl – hakimiyyət […]

Araşdırma

Son 20 ilin dəhşəti – Vərəm qlobal miqyasda oyanır

Vərəm halları dünyada 20 ildə ilk dəfə qlobal miqyasda artıb. xeberde.az xəbər verir ki, 2021-ci ildən sonra 20 ildə qlobal miqyasda vərəm hallarının ilk artımı müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bunu koronavirus əleyhinə karantinlərlə əlaqələndirir. ÜST-ün hesabatına görə, vərəm diaqnozlarının sayı son iki onillikdə ilk dəfə kəskin artıb. 2021-ci ildə 10,6 milyon insana vərəm diaqnozu […]

Araşdırma

Bu insanlar 5 il daha az yaşayırlar

Məşhur insanların sıravi şəxslərlə müqayisədə orta hesabla təxminən beş il daha az yaşadıqları müəyyən edilib. xeberde.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri alimlərin apardığı araşdırmaya istinadən məlumat yayıb. Qəzet yazır ki, bunun əsas səbəbi məşhurluğun yaratdığı psixoloji təzyiqlərdir. Araşdırmada qeyd olunur ki, məşhur musiqi qruplarının solistləri gündəlik həyatda özlərini daha pis hiss edir […]

Gündəm Ölkə

Azərbaycanda rayonlar birləşdiriləcək? – AÇIQLAMA

2026-cı ilin dövlət büdcəsi birinci oxunuşda qəbul edilib. Büdcə ilə bağlı əsas müzakirə obyektinə çevrilən məsələlərdən biri də  rayonların optimallaşdırılmasıdır. Qeyd edək ki, son illər struktur dəyişiklikləri nəticəsində ölkədə fəaliyyət göstərən bir neçə dövlət qurumları ləğv edilərək digər quruma birləşdirilib. Hazırda isə rayonlarla bağlı bu istiqamətdə müzakirələr davam edir.  Qeyd edilir ki, bu prosesin həyata […]

Dünya Hadisə

2 gün axtarılan uşaq evdə divanın altında tapıldı

Rusiyada itkin düşən 9 yaşlı məktəbli evdə divanın altında tapılıb. xeberde.az xəbər verir ki, hadisə Saxalin vilayətində baş verib. Belə ki, valideynləri uşağın noyabrın 24-də yoxa çıxdığını bildiriblər. Onların sözlərinə görə, uşaq Penza kəndindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. Könüllülər, Fövqəladə Hallar Nazirliyi və polis iki gün uşağı axtarıb. Sonradan məlum olub ki, […]

İqtisadiyyat manset

Niyə bazar və ət dükanlarında keçi əti satılmır? – Ekspert

Mütəxəssislər keçi ətinin insan orqanizmi üçün ən sağlam ət növü olduğunu araşdırıb. Keçi əti az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması, protein, dəmir və B12 vitamini baxımından digər ət növlərini geridə qoyur. Ürək sağlamlığı üçün vacib sayılan keçi əti niyə bazar və ət dükanlarında satışda yoxdur?  xeberde.az xəbər verir ki, iqtisadçı Vahid […]

İqtisadiyyat manset

Bu ölkələrdən Azərbaycana ət idxalı dayandırıldı

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Türkiyə Respublikasının Biləcik vilayətində dabaq xəstəliyi, Kipr Respublikasının Larnaka rayonunda blutanq xəstəliyi, Polşa Respublikasının Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, İrlandiya Respublikasının Monahan, Liş kantonlarında, Belçika Krallığının Valoniya regionunda, […]

Şou-Biznes

Xatun TANINMAZ HALDA

Müğənni Xatun ad günü videosu ilə diqqət çəkib. xeberde.az  xəbər verir ki, o, yeni yaşı üçün fərqli tərzdə kamera qarşısına keçib. İfaçı paylaşımına bu sözləri yazıb: “Bu yeni yaş mənim üçün yalnız bir başlanğıcdır! İnadkar iradəmlə, sonsuz enerji və sədaqətlə hər yeni günə qalib gələcəyəm! Hər uğurum bir alov kimi yanacaq, hər addımım zirvələrə doğru […]