Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib. Ş.Musayev 82 yaşında dnyasını dəyişib. O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub. Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir. Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri […]
Day: İyul 29, 2025
Yaxın Şərq diplomatiyasında Bakı imzası: Əhməd Əl Şaraa bizə niyə lazımdır – OPERATİV ŞƏRH
xeberde.az-ın artıq daha əvvəl xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. Dövlət başçıları arasında məhdud və geniş tərkibdə danışıqlar keçirilib, rəsmi mərasim zamanı birgə foto çəkilib. Əhməd Əl Şaraa işgüzar səfər üçün Bakıya gəldikdə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş nazirinin birinci […]
Əhməd Əl Şaraa Bakıda! Prezident İlham Əliyev onu qəbul etdi – FOTOLAR, VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. xeberde.az xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid […]
Bu rayonda da ehsan verilməyəcək
Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumata görə, yas mərasimində dəbdəbəli yemək süfrəsi ləğv olunub və təkcə çay süfrəsi açılmalıdır. Qeyd edək ki, buna oxşar qayda bir neçə gün əvvəl Saatlı rayonunda tətbiq olunub.
Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür. Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan döyüşlərdən beş il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. İyulun 12-də […]
Atası ilə səfərə getmək qadağan olundu
Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan şahzadə Corc üçün yeni məhdudiyyət tətbiq olunacaq. xeberde.az xəbər verir ki, o, bu ildən etibarən atasının – taxtın birinci varisi şahzadə Uilyamın – səfərlərində onu müşayiət edə bilməyəcək. Qayda iyulun 22-də, Corcun 12 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək. Əsas məqsəd – hər hansı qəza və […]
Bu serialın adı başlamadan dəyişdirildi
Baş rollarında Dilan Çiçək Deniz və Ertan Sabanın yer alacağı yeni serialın adı dəyişdirilib. xeberde.az xəbər verir ki, əvvəlcə “İtiraf” adı ilə təqdim olunan layihə artıq “Yalan” adı ilə yayımlanacaq. Serialın yayım tarixi və platforması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumata görə psixoloji dram janrında olacaq layihədə sosial münasibətlər və fərdi dilemmlər ön planda […]
Bu çanta 10 milyona satıldı – FOTO
Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb. xeberde.az xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib. Hərrac evi bildirib ki, bu satış lüks çantalar […]
Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü – FOTO
Hondurasda bal ayını keçirən yeni evli cütlüyü ildırım vurub. Hadisə nəticəsində gəlin həyatını itirib. xeberde.az xəbər verir ki, faciə iyulun 5-də Omoa bölgəsində yerləşən sahildə baş verib. 23 yaşlı Stephany Lucero Elvir və 36 yaşlı əri Cristhian Samir Álvarez Molina dəniz kənarında foto çəkdirmək istəyərkən qəfil ildırım düşüb. Gəlin hadisə yerində huşunu itirib və dərhal […]
“Feyk xəbər” yayanlar cərimələnəcək
Qırğızıstan Prezidenti Sadır Japarov kütləvi informasiya vasitələri və internetdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə cərimələr nəzərdə tutan qanunu imzalayıb. xeberde.az xəbər verir ki, bu qanun KİV və sosial şəbəkələrdə dezinformasiyanın qarşısını almağı hədəfləyir. Sənəddə vətəndaşların və media qurumlarının yalan məlumat yayması halında cərimə və digər inzibati tədbirlərin tətbiq ediləcəyi qeyd olunub. Qanun artıq rəsmi […]