manset Siyasət

Baş nazir qərar imzaladı

Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi Qaydası”nı təsdiq edib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qayda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna uyğun hazırlanıb, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan […]

Sosial

Bu ərazilərdə dövlət hesabına əlavə torpaq ayrılacaq

Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış evləri və ya çoxmənzilli yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair tənzimləmələr aparılacaq. xeberde.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini […]

AKTUAL Cəmiyyət

Bəzi özəl bağçalar aylıq 7000 manat TƏLƏB EDİR

“Hər binanın aşağısında məktəbəqədər hazırlıq mərkəzləri olmalıdır”. xeberde.az xəbər verir ki, bu barədə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Siyavuş Novruz deyib. “Elə olur ki, valideynlərin hər biri işləyir. Binanın aşağısında mağaza, gözəllik salonu açmaq əvəzinə yaşadığı binanın aşağısında daha əlçatan olan məktəbəqədər hazırlıq […]

Dünya

İsrail hava məkanını yenidən uçuşlar üçün açdı

İsrail hava məkanını yenidən uçuşlar üçün açıb. xeberde.az xarici kİV-ə istinadla xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-da yer alan xəbərə görə, İsrail hava məkanını bağladıqdan 3 saat sonra yenidən açıb. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp gecə saatlarında İsrail ilə İran arasında atəşkəs olduğunu elan edib. O, tərəfləri atəşkəsi pozmamağa çağırıb. İsrail hökuməti İranda özünə […]

Mədəniyyət

Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı keçiriləcək

2025-ci il iyunun 25-də Gədəbəy rayonunun Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə ərsəyə gəlmiş “Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filminin təqdimatı baş tutacaq. Layihə Azərbaycanın qədim yaşayış və mədəniyyət bölgələrindən biri olan Gədəbəydə […]

Siyasət

Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə İlham Əliyevi təbrik etdi

Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib. xeberde.az xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib. Sahibə Qafarova deyib ki, Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi hünər və şücaət xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçmiş şəhidlərimizin […]

Dünya Hadisə

Ağ Ev ətrafında şübhəli maşın: binalar boşaldıldı

ABŞ-də təhlükəsizlik qüvvələri paytaxt Vaşinqtonda şübhəli bir avtomobillə bağlı hərəkətə keçib. xeberde.az “hurriyet”ə istinadla xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb. Şübhəli avtomobilin Ağ Ev ətrafında olması ilə əlaqədar Məxfi Xidmət və Metropolitan Polis Departamentinin əməkdaşları həyəcan vəziyyətinə gətirilib. Ağ Evin yaxınlığında park edilmiş avtomobilə baxış keçirilərkən, ehtiyat tədbiri olaraq yaxınlıqdakı binalar boşaldılıb və ərazidəki […]

Bölgə Hadisə

Ağdamda 16 yaşlı qız itkin düşdü

Ağdamda 16 yaşlı qız itkin düşüb. xeberde.az-ın xəbərinə görə, ötən gün rayonun Üçoğlan kənd sakini 2009-cu il təvəllüdlü Əsgərova Aytac Pərviz qızı yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb. Onun ailə qurmaq məqsədi ilə şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.

İqtisadiyyat manset

Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir?

Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi – Qızıl bazarında vəziyyət necədir? Məhərrəm ayının başlamasına az qalmış qızıl bazarında durğunluq başlayıb. xeberde.az bildirir ki, satıcılar deyirlər ki, hər il məhərrəm ayında toy şənlikləri azalır. Bu il də eyni vəziyyət yaşanacağından qızıl bazarına təsirsiz ötüşməyib. Buna baxmayaraq, son bir neçə gündə əyarından asılı olmayaraq […]