Bu həftədən etibarən 4 günlük tətil başlayır. xeberde.az xəbər verir ki, Baş nazirin iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün verdiyi Qərarla 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib. Beləliklə, 21 iyun şənbə günü olsa da, Azərbaycanda iş günü oldu. Bu həftədən etibarən isə 26, 27, 28 (şənbə) və 29 (bazar) […]
Day: İyul 1, 2025
10-cu sinif şagirdi vəfat etdi – FOTO
Paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdi vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə məktəb məlumat yayıb. 10-cu sinif şagirdi Ziya Eyvaz oğlu Vəlizadənin xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.
5 ildə hansı məhsullar bahalaşıb? – Rəsmi rəqəmlər açıqlandı
Son 5 ildə Azərbaycanda əhali üçün əsas istehlak məhsullarının qiymətlərində nəzərəçarpacaq artımlar qeydə alınıb. Rəsmi statistikaya əsasən, bəzi məhsulların qiyməti 2020-ci illə müqayisədə 2024-cü ildə 50%-dən çox yüksəlib, bəzi məhsullarda isə artım nisbətən sabit qalıb. xeberde.az xəbər verir ki, ərzaq məhsulları arasında qiyməti ən çox artan məhsullardan biri paxlava olub. Əgər 2020-ci ildə 1 kiloqram […]
Rəsmi Bakı Suriyaya başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən terror aktını pisləyib. xeberdeaz xəbər verir ki, bu barədə xarici siyasət idarəsi “X” hesabında paylaşım edib. “Qurbanların ailələrinə və əsassız zorakılıq aktından təsirlənən hər kəsə dərin hüznlə başsağlığı veririk. Suriya hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildirir, ekstremizmə qarşı birliyin vacibliyini vurğulayırıq”, – deyə […]
Azərbaycanda dulların əksəriyyəti qadınlardır – STATİSTİKA
Azərbaycanda əhalinin nikah vəziyyətinə dair ən dolğun məlumatlar əsasən hər 10 ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı toplanır. Əhalinin ailə vəziyyəti – subay, evli, boşanmış və ya dul olması kimi göstəricilər məhz bu proses çərçivəsində rəsmi şəkildə qeydə alınır. Sonuncu ümumölkə siyahıyaalınması 2019-cu ildə aparılıb və hazırda əhalinin nikah vəziyyəti ilə bağlı mövcud statistika məhz […]
“İmtahanda olmaya-olmaya yazıblar ki…” – İŞÇİLƏR KOMİK İSLAHATA ETİRAZ EDİRLƏR
“Azəriqaz” İB-nin BRQİD -nin rəisi vəzifəsinə təsdiqlənən Zamin Mehrəliyev səlahiyyətlərini aşaraq, çox böyük özbaşınalıqlara yol verir”. xeberde.az xəbər verir ki, bu sözləri Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlının sosial media hesabındakı paylaşıma Şəfaqət Babayeva yazıb. O bildirib ki, Z.Mehrəliyev özünə yaxın diplomsuz və savadsız şəxsləri heç bir imtahan və ya müsabiqədən keçirmədən yeni yaradılan İdarəyə […]
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI – BU DA FAKT!
5 tam ali təhsilli, 8 dildə səlis danışan, 178 sertifikatı olan uzman ginekoloq kimi tanınan Turanə Nəsibova-Paşayevanın diplomlarının və sertifikatlarının saxta olduğu barədə sosial şəbəkələrdə iddialar var. Bir neçə sosial şəbəkə istifadəçisi tərəfindən aparılan araşdırmalarda qeyd olunur ki, həkimin diplomları saxtadır, onun tibb təhsilinə dair həqiqi sənədləri yoxdur, o, həm də Azərbaycanda Azərbaycan Dövlət İqtisad […]
Müdafiə Nazirliyində media və QHT nümayəndələri ilə görüş keçirildi
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində hərbi qulluqçuların, bir sıra media və Qeyri-Hökumət Təşkilatları (QHT) nümayəndələrinin, həmçinin ekspertlərin iştirak etdiyi tədbir keçirilib. xeberde.az MN-ə istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının […]
Ziya Məmmədovun oğlunun şirkəti LƏĞV EDİLİR
Azərbaycanda beton istehsalı ilə məşğul olan “Qarant Beton” şirkəti ləğv edilir. xeberde.az-ın məlumatına görə, MMC şirkətin ləğvi ilə əlaqədar kreditorlara müraciət edib. Kreditorlar iki ay ərzində tələbələrini bildirə bilərlər. Şirkətin ləğvi barədə elan “Vergilər” qəzetində dərc edilib. “Qarant Sement Zavodu” kimi tanınan MMC “Garant Holding”in strukturuna daxil olub. Sözügedən holdinqin rəhbəri sabiq nəqliyyat naziri Ziya Məmmədovun […]
Prezident Goranboya getdi
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. xeberde.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.