Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Xatırladaq ki, M.Şəkiliyev 2010-cu ildə bu vəzifəyə təyin edilmişdi.
Day: İyul 1, 2025
İraq Prezidenti İlham Əliyevi təbrik etdi
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə və hörmətli ailənizə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, uğurlar, səxavətli xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirik. Bu fürsətdən istifadə edərək, […]
Sahakyandan məhkəmədə Azərbaycanla bağlı ŞOK ETİRAF
İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib. xeberde.az AZƏRTAC-a istinadla xəbər verir ki, o, prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib. O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini söyləyib. […]
Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanda büdcə qaydasının dəyişdirilməsi nəzərdə tutulur. xeberde.az xəbər verir ki, bununla bağlı “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. Bildirilib ki, müvafiq qanun layihəsi sözügedən qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla, büdcə […]
Qurban Sadıqov “Tərəqqi” medalı ilə təltif olundu – DOSYE
Prezident İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilən şəxslər arasında Qurban Sadıqov da var. O, “Tərəqqi” medalına layiq görülüb. Qeyd edək ki, Qurbvan Sadıqov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının sektor müdiri vəzifəsində çalışır. Qurban Rza oğlu Sadıqov 1993-cü il 2 aprel tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Kəlbəcər […]
Bakıda maraqlı hadisə: Maşını saxlayanda nişan olmayıb, amma sonradan qoyuldu- FOTOLAR
Bakıda sürücülərdən birinin başına maraqlı hadisə gəlib. Maşını saxladığı yerdə yol nişanı olmayıb. Amma maşını saxlayıb getdikdən sonra əraziyə yol nişanı quraşdırıblar. Bundan sonra ona cərimə yazılıb. xeberde.az xəbər verir ki, hadisə “Ağ şəhər Bulvarı” ərazisində baş verib. “İnfiniti” markalı avtomobilin sürücüsü maşını səhər saat 08:50-də fotoda göstərilən ərazidə saxlayıb. Həmin zaman ərazidə dayanma-durmanı qadağan edən […]
Bəşər Əsədin əmisi oğlu saxlandı – Ağır cinayətlərdə ittiham olunur
Suriya hüquq-mühafizə orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib. xeberde.az xəbər verir ki, məlumatı Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur: “Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik alverçilərindən biri […]
Putinin Ukraynadan yeni tələbi – referendumun nəticələri tanınmalıdır
Rusiya Ukraynadan ilhaq edilmiş ərazilərdə keçirilən referendumun nəticələrini tanımasını tələb edir. xeberde.az xarici mediaya istinadla xəbər verir ki, Vladimir Putin Sky Arabia telekanalına müsahibəsində vurğulayıb ki, Rusiya Ukraynadan ilhaq edilmiş bütün ərazilərdə keçirilən səsvermələrin nəticələrini tanımasını tələb edir. Rusiya lideri xəbərdarlıq edib ki, bu nəticələri nəzərə almaqdan imtina “hərbi əməliyyatların yeni mərhələsinin mümkünlüyü demək olardı”. […]
Oğlu Dilqəm Əsgərovdan İMTİNA ETDİ – “Məni ölümlə hədələyirlər”
Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib. xeberde.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bildirib: “Əsirlikdən gələn günündən mənimlə münasibətləri pisdir. Ancaq pul, var-dövlət fikirləşir. Söz-söhbətdən daha bezmişəm. Bir yer verib mənə, orada ev tikmişəm. Gündə gedib-gəlir ki, traktorla uçurdacam. Quyudan su çəkmişəm, gəlib suyumu kəsib. 10 gündür içməli su tapmırıq. […]
Axundla qaçan qızdan ŞOK açıqlama: “Ailəmin işgəncəsinə görə…” – VİDEOv
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu ilə qaçdığı bildirilən qız açıqlama verib. xeberde.az xəbər verir ki, Nəzrin Babayeva “TikTok” sosial şəbəkəsindən etdiyi çıxışda zorla qaçırılmadığını deyib. O, axund Tahirov Turab Əliqan oğlu ilə könüllü qaçdığını, xoşbəxt olduğunu bildirib. Nəzrin Turab Tahirovun “TikTok” səhifəsindən etdiyi paylaşımda deyib ki, ailəsinin ona etdiyi əziyyətdən, işgəncədən bezərək bir müddətdir sevgi […]