Şou-Biznes

Səhnədə azyaşlı qızı başından tutub qaldırdı – VİDEO

Müğənni Nəfəs yenidən sosial şəbəkədə yayılan videosuna görə təndiq atəşinə tuş gəlib. Masallıda baş tutan tədbirlərdən birində ifa edən müğənni səhnədəki azyaşlı qızı öpmək üçün başından tutaraq yuxarı qaldırıb. İzləyicilər uşağın boynunun qırıla bilmə ehtimalını nəzərə alaraq Nəfəsi tənqid ediblər. Qeyd edək ki, ifaçının bir müddət əvvəl şəhid fotoları qarşısındakı rəqsi də birmənalı qarşılanmamışdı.  

Kriminal Şou-Biznes

Tanınmış müğənni həbs edildi

Müğənni Dəniz Əsədova həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb. Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib. Faktı vəkil Asim Abbasov təsdiq edib. Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı […]

Şou-Biznes

Finala keçə bilməyən təmsilçilərimizdən “Avroviziya” AÇIQLAMASI

Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edən “Mamagama” qrupu finala keçə bilməmələri barədə açıqlama yayıb. xeberde.az xəbər verir ki, qrup sosial media hesabında yarışma ilə bağlı paylaşım edib: “Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim […]

Şou-Biznes

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?

Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilib. xeberde.az xəbər verir ki, bu barədə Nigar Rəhimova özünün instaqram səhifəsində paylaşım edib. Sosial şəbəkə istifadəçiləri müğənninin bu medalla təltif edilməsini birmənalı qarşılamayıb və onu qınaq hədəfinə çevirib. Müğənni bundan sonra həmin paylaşımı silib. Məsələ ilə bağlı müğəninin özü ilə əlaqə saxlamağa çalışdıq. Nigar Rəhimovanın rəsmi […]

Şou-Biznes

Eks-gəlininin hədiyyəsi Əməkdar artistin xoşuna gəlmədi – Fotolar

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli solo konsert verib. Gecədə keçmiş gəlini və nəvələri müğənnini tək qoymayıb. Keçmiş gəlini Canana M.İsgəndərliyə hədiyyə gətirib. Şəkildə Canana özü, keçmiş həyat yoldaşı Kərim və övladları yer alıb. Bu isə ifaçının xoşuna gəlməyib. Canana hədiyyəni açıq formada ona təqdim edib. O isə şəkli üzüstə qoyaraq görünməsini istəməyib. 

Şou-Biznes

Eltondan Laləyə: “Günahı özündə axtar”

Əməkdar artist Elton Hüseynəliyev həmkarı Lalə Məmmədovanın aparıcıları tənqid etməsinə etiraz edib. Müğənni “Afaqla 10lar” verilişində L.Məmmədovanın “”Küçə adamlarını sənətkarlarla müqayisə etməyin” sözləri ilə razılaşmadığını deyib. O bildirib ki, günah aparıcılarda yox, müğənnilərdədir: “Lalə ilə razı deyiləm. Aparıcıların günahı yoxdur. Şou-biznesin, gündəmdə olan verilişlərin səviyyəsi aşağıdır. Prodüser zəng edir filankəsə, məsələn, Eltona, o da deyir, […]

Şou-Biznes

“Şəbnəmin hansı “keyfiyyətli” işindən danışırsınız?”

Müğənni Xuraman Şuşalı Şəbnəm Tovuzlunun kliplərini keyfiyyətsiz adlandırıb.  “Rəngarəng” verilişində olan sənətçiyə aparıcı Zaur Nəbioğlu Şəbnəmin kliplərindən danışıb. Onun tərif dolu sözləri Xuramanı əsəbiləşdirib. “Zirvə nədir? Toydur, yoxsa orada verilən puldur? Şəbnəmin hansı “möhtəşəm” işindən, proyekt kimi görünən klipindən danışırsan? Reallıqdan danışırıqsa, bəsdirin. Keyfiyyət də başqa bir şeydir. Gündəm başqadır, keyfiyyət başqa” deyə, sənətçi bildirib.  […]

Şou-Biznes

Bu çəkilişdən sonra səhhətində problem yarandı – FOTO

Müğənni Elvin Abdullayev yeni fotosessiyası üçün obyektiv qarşısına keçib.  Sənətçi çəkilişin dəniz kənarında, soyuq havada keçdiyini bildirib. Müğənni əlavə edib ki, çəkilişdən sonra səhhətində problem yaranıb. “2, 3 saat soyuqda durduq. O qədər soyuq idi ki, nəticəsi ağrılarla yekunlaşdı. İncəsənət qurban tələb edir, amma belə də yox” deyə, Elvin əlavə edib.