Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasına reaksiyasız qalıb. xeberde.az xəbər verir ki, sənətçi həmkarının ifasını tanımayıb. “Heç tapa bilmərəm kimdir. On dəfə də qulaq assam da bilməyəcəyəm”. Eyni studiyada qonaq olan Nadir Qafarzadə isə “Səbinə, çox sağ olun. Siz ki, məni… Məni heç belə təhqir edən olmamışdı” deyərək, verilişdən getmək istəyib.
Şou-Biznes
Rəhim Rəhimlinin məzarında klip çəkdirdilər – FOTO
Müğənni Elnarə Xəlilova ilə tələbəsi Piri Əliyev mərhum ifaçı Rəhim Rəhimlinin məzarı başında mahnı oxuyub, klip çəkdiriblər. xeberde.az xəbər verir ki, sözügedən “Gözümün içinə bax” mahnısı müğənninin xatirəsinə ithaf olunub. Dinləyicilərin əksəriyyəti ifanı bəyənsə də, klip izləyicilər tərəfindən müzakirələrə səbəb olub.
Meyxanaçı həbs edildi
Gəncə şəhərində meyxanaçı həbs edilib. xeberde.az xəbər verir ki, həbs edilən meyxanaçı “Fərid Gəncəli” ləqəbi ilə tanınan Fərid Salahovdur. 1992-ci il təvəllüdlü Rəşad Cəfərov (ad və soyadlar şərtidir – red.) aprelin 22-də Gəncə şəhəri ərazisində 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Gəncə şəhər Narkoloji Dispanserində ondan götürülən analiz zamanı qanında marixuana aşkarlanıb. O, ucadan nalayiq […]
“OneRepublic” konsertinə son 1 həftə!
Aprelin 28-də dünyaşöhrətli “OneRepublic” qrupu ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək. Bakı Kristal Zalında baş tutacaq möhtəşəm konsertə artıq cəmi 1 həftə qalıb. Gəlin görək bu gecədə bizi nələr gözləyir? “OneRepublic” konsertlərində həm musiqi, həm də emosiyalar zirvədə olur. “Apologize”, “Secrets”, “Counting stars”, “All the right moves”, “I ain’t worried” və digər məşhur trekləri […]
Bu müğənniləri “boykot” edək – Elgiz Əkbərdən ÇAĞIRIŞ
“Uşaqlar gəlib elə mahnılar oxuyurlar ki… Bunu haradan tapırlar, bu nədir? Hansı xalqın mahnısıdır? Aygün Kazımova və Röya Ayxanı qəfəsə salıb deyələr, bayağı mahnı oxuyun, yoxsa 50 il burada qalacaqsan. İnanın, onlar oxumaz”. xeberde.az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər verilişində deyib. O qeyd edib ki, televiziya və radionun missiyası insanları maarifləndirmək, gündəmdə olan […]
“Düşük Şoubiznes və Pul Buraxan Həcilər” – Cəmiyyətin Hiss Etmədiyi Faciəsi
Bugünkü Azərbaycan cəmiyyətində sosial şəbəkələr və mediada yer alan simalar arasında dəyər və dəyərsizlik arasındakı fərqləri ayırd etmək çətinləşib. Kiminsə beş saniyəlik videosu, bərbad playback ifası və ya süni qalmaqalı ilə “tanınması” artıq normal sayılır. Bəs bu parıltının altında nə yatır? Sırf izlənmək, gündəmdə qalmaq və reytinq üçün hər şeyini satmağa hazır olan “şou-biznes” nümayəndələri […]
“Sizə nə etmişəm?” – Kərimdən Zaurla Günaya irad
Müğənni Kərim Abasov aparıcılar Zaur və Günay Baxşəliyevaya irad bildirib. İfaçı aparıcıların onu efirə çağırmadığını deyib. “Bir ildir məni verilişə çağırmırsınız. Sizə nə etmişəm? Artıq mövsüm bitir, xəbəriniz var? İndi efirə dəvət edirsiniz” deyə, Kərim söyləyib.
Tanınmış reper Paşa vəfat etdi
Rusiyanın məşhur reperi Paşa Texnik (Pavel Nikolayeviç İvleyev) vəfat edib. xeberde.az bildirir ki, bu haqda musiqiçinin ailə üzvləri məlumat yayıb. Ötən həftə reper ağır vəziyyətdə Tailandda reanimasiyaya yerləşdirilib. Həkimlər musiqiçiyə aspirasiya pnevmoniyası sepsis diaqnozu qoyublar. Təsdiqlənməmiş məlumatlara görə, ehtimal ki, bu hal onda qadağan olunmuş maddələrlə şiddətli zəhərlənmə nəticəsində yaranıb. Yaxınlarının sözlərinə görə, Paşanın ağciyərləri […]
Elza Seyidcahanın yeni imici – FOTOLAR
Əməkdar artist Elza Seyidcahan yeni imici ilə gündəmə gəlib. xeberde.az xəbər verir ki, E.Seyidcahan sosial media hesabında paylaşdığı fotolarla diqqət çəkib. O, bu dəfə saç kəsimi və stili ilə izləyicilərini təəccübləndirib. Sözügedən fotoları təqdim edirik:
Ermənistanın Kamil Zeynallıya qoyduğu qadağa aradan qaldırıldı
xeberde.az bildirir ki, fitnes məşqçisi Kamil Zeynallıya Ermənistan tərəfindən qoyulan federal axtarış aradan qaldırılıb. İdmançı bundan sonra xaricə gedə biləcək. Bu haqda Kamil “Tarixin bir günü” verilişində danışıb: “Bu yaxınlarda səfirlikdən mənə zəng gəldi ki, təbrik edirik, düşmənlər tərəfindən qoyulan axtarış üzərindən götürülüb. Bunu dövlətimiz edib. Tək mən yox, bir neçə şəxsin üzərində olan axtarış […]










