Aparıcı Zaur Kamal bu ayın sonunda tamaşaçılarla sağollaşacağını bildirib. xeberde.az xəbər verir ki, o, “Həmin Zaur” verilişinin mövsüm finalına gedəcəyini deyib: “Ayın sonuna qədər oğlum Bartu ilə birlikdə iş başında olacağıq. Sonra mövsüm hazırlığına gedəcəyik. Yeni mövsüm yəqin ki, sentyabrın əvvəlində olacaq. Hələ dəqiq bilmirik. Amma 1 ay istirahət edəcəyik”.
Şou-Biznes
ATV-də yayımlanan “7 Tamam” verilişi mövsüm finalına hazırlaşır.
xeberde.az xəbər verir ki, bu barədə proqramın aparıcısı Nanə Ağamalıyeva canlı yayımda bildirib. O, sabah proqramın son buraxılışını izləyicilərə təqdim edəcəyini və verilişinin növbəti mövsümə qədər tətilə gedəcəyini bildirib.
“Pəhriz üçün 130 dollar ödədim, sən demə “ChatGPT” yazıbmış” – Günel Musəvi
“Fərdi pəhriz və məşq planı üçün ödəniş etdim. Daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”. xeberde.az xəbər verir ki, bunu keçmiş aparıcı və hazırda Amerikada yaşayan Günel Musəvi (Günel Krişnan) şəxsi “Instagram” hesabında yazıb. Aparıcı bildirib ki, universitet yoldaşı tərəfindən aldadılıb: “Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən […]
“Mahnımdan əsər-əlamət qalmayıb” – İfasını pislədi
Müğənni Cabbar Musayev bəstələrinin rok tərzində oxunmasına etiraz edib. xeberde.az xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. C.Musayev “Mərdan Kazımov mahnınızı oxuyub, bəyəndiniz” sualına belə cavab verib: “Mahnını fərqli hisslərnən yazmışam. Bu cür heç kim qəbul etmir. Orada Cabbar Musayev bəstəsindən əsər-əlamət yoxdur. İndi rok üslubunun dinləyicisi çoxalıb. Niyaməddin Musayev “Dünya sənin, dünya mənim” […]
Azərbaycanlı müğənni sənətdən GETDİ – İsraildə həkim işləyir
Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib. xeberde.az xəbər verir ki, o, üzvü olduğu keçmiş “N-brothers” qrupu barədə danışıb. Məlum olub ki, sənətçi ilə eyni qrupda yer alan həmkarı İsraildə həkim işləyir: “Anar Cəfərov Azərbaycanı tərk edib. Müğənnilik karyerasına da son qoyub. İsraildə yaşayır. Gedib orada həkim oldu. Necə oldusa, başa düşmədim. Mən də həkim […]
Azər Zahid azadlığa BURAXILDI
“TikTok”da əyləncə yarışları təşkil edən və ötən ilin dekabrında ağır ittihamlarla həbs edilən aparıcı Azər Zahid azadlığa buraxılıb. xeberde.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Azər Zahid məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı […]
“Yazırlar ki, Allah balanı öldürsün!” – Tolik uşağının anasını axtaranlara cavab verdi
xeberde.az Yenisabah.az-a istinadla tanınmış prodüser, teleaparıcı Tarix Əliyevlə müsahibəni təqdim edir. – Artıq uzun illərdir ki, səhnədəsiniz. Bütün bu illər ərzində sizi zirvədə saxlayan nədir? – Mən camaat üçün ona görə maraqlıyam ki, millət otursun, məni müzakirə etsin. Ona görə də, mən özümə söz vermişəm ki, bundan sonra heç nə etməyəcəyəm. Heç bir böyük işə əl […]
Kenan Doğulu bu gün Bakı səhnəsində
Türkiyənin pop musiqisinin əfsanəvi siması Kenan Doğulu Bakıdadır. xeberde.az bildirir ki, sənətçi bu gün Bakı İdman Sarayında konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq. Səfəri ilə bağlı ilk paylaşımı da sənətçinin özü edib. Xatırladaq ki, Kenan Doğulu bundan əvvəl də, 2015 və 2019-cu illərdə Bakıda konsert verib.
Səhnədə azyaşlı qızı başından tutub qaldırdı – VİDEO
Müğənni Nəfəs yenidən sosial şəbəkədə yayılan videosuna görə təndiq atəşinə tuş gəlib. Masallıda baş tutan tədbirlərdən birində ifa edən müğənni səhnədəki azyaşlı qızı öpmək üçün başından tutaraq yuxarı qaldırıb. İzləyicilər uşağın boynunun qırıla bilmə ehtimalını nəzərə alaraq Nəfəsi tənqid ediblər. Qeyd edək ki, ifaçının bir müddət əvvəl şəhid fotoları qarşısındakı rəqsi də birmənalı qarşılanmamışdı.
Tanınmış müğənni həbs edildi
Müğənni Dəniz Əsədova həbs edilib. xeberde.az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb. Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib. Faktı vəkil Asim Abbasov təsdiq edib. Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı […]










