AKTUAL Ölkə Siyasət

Ermənistan Araz çayını çirkləndirir – Prezident

Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri […]

Gündəm Siyasət

Bakıda beynəlxalq forum keçiriləcək – Prezident mərasimdə iştirak edəcək

Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçiriləcək. xeberde.az xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək. Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq: //www.facebook.com/share/v/1Xw548hNuD/ //youtube.com/live/_hiILgSEBv0?feature=share Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin […]

Gündəm Siyasət

Xanlar Vəliyev YOLA SALINDI – RƏSMİ

Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan məlumat verilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq […]

Siyasət

Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur

Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi (CQD) layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 4 seqmenti özündə birləşdirən CQD layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya uğurla iştirak edirlər. Bu baxımdan da CQD enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. CQD-nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat […]

Siyasət

Almaniya – Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu qərarını dəfələrlə bəyan edib. Almaniya eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin […]

Gündəm manset Ölkə Siyasət

Almaniya Prezidenti İçərişəhərlə tanış olub

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar. xeberde.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş […]

Gündəm Hərbi manset Müharibə Ölkə Siyasət

Aprel döyüşlərindən 9 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu […]

İqtisadiyyat Siyasət

Prezident 5 milyon ayırdı: 1250 hektar ərazi…

İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.  Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.