Gündəm manset Siyasət

Prezidentdən İldırım Vəliyevlə bağlı – Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev İldırım Vəliyevə ali xüsusi rütbənin verilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Təhlükəsizlik Şurasının katibi xidmətinin İcraya nəzarət və kadr məsələləri şöbəsinin müdiri İldırım İmran oğlu Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

manset Siyasət

İlham Əliyev Donald Trampa başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan […]

manset Siyasət

YAP-çı deputatdan Rusiya ilə bağlı yeni açıqlamalar  

“Azərbaycan Rusiyadan uzanan dostluq əlini hər zaman sıxmağa hazırdır” Rusiya-Azərbaycan arasında son 10 gündə yaranan gərginlik yavaş-yavaş aradan qalxır. Artıq Rusiyadan gələn nümayəndə heyəti Bakıdadır.  Məlumata görə, fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin nizamlanması məsələsinə dair qeyri-rəsmi danışıqlar aparacaq. “Azərbaycan-Rusiya münasibətləri ancaq və ancaq yaxşı olmaq variantında olmalıdır. Digər variant bu […]

Siyasət

Əliyev-Paşinyan görüşü: Situasiya sülh sazişinin imzalanmasını DİQTƏ EDİR

“Middle East Eye” nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumat diqqət çəkib. Belə ki, xarici nəşr yulun sonunda Azərbaycan və Ermənistan liderlərinin görüşünün olacağından yazıb. Görüşün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) – Dubay şəhərində keçiriləcəyi bildirilib. Liderlərin görüşü zamanı sülh sazişi layihəsi ilə bağlı müzakirə aparılacağı qeyd olunur. Mənbələrin sözlərinə görə, BƏƏ iki ölkənin liderinin görüşünə ev […]

Dünya Siyasət

Altayda deputatların səsverməsinin nəticəsi gizlədilib

Rusiya Federasiyaslba daxil olan Altay Respublikasının deputatları ikipilləli yerli idarəetmə sisteminin ləğvinə səs verib, lakin səsvermənin nəticələrini gizlədiblər. xeberde.az xəbər verir ki, parlamentin rəsmi saytında nəticələrin əvəzinə texniki problemlər barədə məlumat yerləşdirilib Bildirilir ki, səsvermə iyunun 24-də keçirilib, lakin qanunu dəstəkləyən və ya rədd edən deputatların siyahısı hələ açıqlanmayıb. Bundan bir qədər əvvəl, iyunun 21-də […]

Bölgə manset Siyasət

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilmişdir. Azərbaycan bununla üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatınının Zirvə görüşünə (ECO) ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü isə 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə […]

manset Siyasət

Prezident Xankəndidə Ərdoğanla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xeberde.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb. Dövlətimizin başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi […]

Siyasət

Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb. xeberde.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Sadır Japarovu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yola salıblar.

Gündəm Siyasət

Bakı meriyası Müsavata “YOX” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının iyulun 8-də Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməklə bağlı müraciətinə cavab verib. xeberde.az-ın xəbərinə görə, meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bildirilib ki, 27 iyun 2025-ci il tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qanunazidd və zorakılıq əməlləri ilə bağlı Azərbaycan Respublikası […]

Siyasət

Ali Məhkəmədən mühüm QƏRAR

Bu gün Azərbaycan Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. xeberde.az xəbər verir ki, iclasda “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarının tətbiqi ilə bağlı aparılmış monitorinqin nəticələrinə dair arayış müzakirə edilib. “İnzibati mübahisələrə dair işlər üzrə […]