Bölgə manset Siyasət

Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. xeberde.az xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

Dünya Siyasət

İrana avqustun sonuna qədər vaxt verildi: Razılığa gəlinməsə…

Avqustun sonu İranın nüvə proqramı üzrə Tehrana sanksiyalardan yayınmağa imkan verəcək razılaşmanın əldə olunması üçün son tarixdir. xeberde.az “Axios”a istinadən xəbər verir ki, ABŞ dövlət katibi və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri telefon danışığı zamanı bu barədə razılığa gəliblər: “Əgər müəyyən edilmiş müddət ərzində razılaşma əldə olunmazsa, üç Avropa dövləti 2015-ci il […]

Siyasət

İranın Azərbaycandakı yeni səfiri Türkiyə səfirini ziyarət etdi – FOTO

İranın Azərbaycandakı yeni səfiri Möctəba Demirçilou Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüşüb. xeberde.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat və foto yayıb. Bildirilib ki, görüş nəzakət ziyarəti çərçivəsində keçirilib. Xatırladaq ki, Möctəba Demirçilou bu yaxınlarda İranın Azərbaycandakı səfiri kimi fəaliyyətə başlayıb.

Dünya manset Siyasət

Polşa müharibəyə hazırlaşır: çağırış məktubları qadınlara və 50+ yaşlılara da göndərilir

Polşa hökuməti ölkənin artan hərbi ehtiyacları və təhlükəsizlik riskləri fonunda silahlı qüvvələrin ehtiyatlarını kəskin şəkildə gücləndirməyə qərar verib. xeberde.az məşhur Wyborcza qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə 235 min çağırış məktubu göndəriləcək. Ən diqqət çəkən məqam isə odur ki, çağırış məktubları təkcə hərbi çağırış yaşında olan kişilərə deyil, həm də qadınlara və 50 yaşdan yuxarı […]

Gündəm Hadisə manset Siyasət

Polad Həşimovun şəhid olmağından 5 il ötür

O, Azərbaycanda kiçikdən böyüyə hər kəsin qəhrəmanıdır. General-mayor, Milli Qəhrəman Polad Həşimov… Qarabağ müharibəsi dövründə döyüş şəraitində şəhid olan ilk general… Öz əməlləri və xarakterilə əsgərlərin könlündə taxt quran komandir… Polad Həşimovun əsgəri olmuş hər kəsin onunla bağlı heç vaxt unudulmayacaq ən azı bir xatirəsi var. O, Vətəninə, millətinə, torpağına, bayrağına bağlı əsl hərbçi, qeyri-adi […]

manset Siyasət

Yaxın Şərq diplomatiyasında Bakı imzası: Əhməd Əl Şaraa bizə niyə lazımdır – OPERATİV ŞƏRH

xeberde.az-ın artıq daha əvvəl xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. Dövlət başçıları arasında məhdud və geniş tərkibdə danışıqlar keçirilib, rəsmi mərasim zamanı birgə foto çəkilib. Əhməd Əl Şaraa işgüzar səfər üçün Bakıya gəldikdə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş nazirinin birinci […]

manset Siyasət

Əhməd Əl Şaraa Bakıda! Prezident İlham Əliyev onu qəbul etdi – FOTOLAR, VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub. xeberde.az xəbər verir ki, dövlət başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı. Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər. Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid […]

manset Ölkə Siyasət

Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir […]

İqtisadiyyat manset Siyasət

Publik hüquqi şəxslər üçün vahid indekslərin siyahısı genişləndirilib

Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı genişləndirilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti bu siyahıya əlavə edilib.

Gündəm manset Siyasət

Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.