Bir müddət əvvəl Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə xəbərlər yayılsa da, bu, rəsmi təsdiqlənməmişdi. xeberde.az adən xəbər verir ki, artıq Bəylər Eyyubovun Prezident Katibliyinin rəisi vəzifəsinə təyin olunması barədə məlumat president.az saytında yer alıb.
Siyasət
Fəzail Ağamalı oğlunu yox, qızını seçdi – Partiya qurultayında QALMAQAL
Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib. Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur. Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub. Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha […]
Mehdiyev dövrünün icra başçıları – Hələ də vəzifədə olanlar var
Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə təyin edilən icra başçılarının əksəriyyəti ona yaxınlığı ilə bilinirdi. Həmin icra başçıları Mehdiyevin təlimatları ilə hərəkət edərək daim ona sadiq olduqlarını göstəriblər. Xüsusilə yaşlı və uzun müddət vəzifədə olan icra başçılarının əksəriyyəti məhz Mehdiyevin kadrı kimi tanınıb. Mehdiyevə yaxınlığı ilə bilinən həmin şəxslərin bəziləri hələ də vəzifə başındadır. xeberde.az […]
Zəngəzur dəhlizi 2028-ci ilin sonunda açıla bilər – Prezident
Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında məlumat verib. Dövlətimizin başçısı qeyd edib: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn […]
Qazaxıstan modernləşmə yolu ilə inamla irəliləyir – İlham Əliyev
Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. xeberde.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. “Son illər Prezidentin (Kasım-Jomart Tokayev – red.) həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir”, – […]
Ermənistanla bağlı bu məhdudiyyət aradan qaldırılıb – Prezident AÇIQLADI
Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında deyib. Dövlət başçısı vurğulayıb: “Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük […]
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan ilə Qazaxıstan xalqlarını ortaq tarixi, dini və mədəni köklər, eyni yamanda mehriban dostluq, qardaşlıq münasibətləri birləşdirir. İki dost dövlət arasında siyasi əlaqələr yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad üzərində qurulur. Dövlət başçılarının sıx münasibətləri iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və […]
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısının nitqi qarşılıqlı dostluq, əməkdaşlıq və birliyin möhkəmləndirilməsi ruhunda səslənib. Prezident çıxışında Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyəsini, MDB məkanında humanitar və mədəni əlaqələrin əhəmiyyətini, həmçinin Azərbaycanın son illərdə bu istiqamətdə həyata keçirdiyi […]
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Qəbələdə oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türk dünyasının əməkdaşlığı, regional təhlükəsizlik və iqtisadi inteqrasiya məsələlərinə dair mühüm fikirlər səsləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirib ki, TDT artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzə çevrilib. Dövlət başçısı çıxışında eyni […]
İlham Əliyev Orban ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb. xeberde.az xəbər verir ki, Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxunub. Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla […]










