Dünya Siyasət

Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dr. Mehmet Cengiz Öz – (daha çox Dr. Öz kimi tanınır) türk əsilli amerikalı ürək cərrahı, televiziya aparıcısı, yazar və siyasətçidir. Təhsili və tibbi karyerası Mehmet Öz 11 iyun 1960-cı ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində, türk ailəsində anadan olub. Harvard Universitetində biologiya üzrə bakalavr dərəcəsi alıb, daha sonra Pensilvaniya Universitetində həm tibb üzrə doktorluq […]

Siyasət

Ordumuzun mövqeləri ATƏŞƏ TUTULDU

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən xeberde.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Siyasət

Azərbaycan – Gürcüstan münasibətləri uğurla inkişaf edir

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət həyata keçirən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal sürətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Bu […]

Gündəm manset Siyasət

Başlıbel qətliamından 32 il ötür

Ermənistanın hərbi cinayətinə hüquqi qiymət verilməsi üçün addımlar atılır xeberde.az xəbər verir ki, Başlıbel qətliamından bu gün 32 il keçir. Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. Belə ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini […]

Hüquq Kriminal manset Ölkə Siyasət

Arkadi Qukasyan azərbaycanlıların Xankəndidən çıxmağa məcbur olunduqlarını etiraf etdi  

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq “Nürnberq prosesi” adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.  xeberde.az  xəbər verir ki, Bakı Məhkəmə Kompleksində davam etdirilən prosesdə müttəhim şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş […]

Siyasət

Azərbaycanla Latviya arasında Anlaşma Memorandumu İMZALANDI

2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun […]

Gündəm Siyasət

Əli Əsədov vacib QƏRAR imzaladı

Azərbaycanda müxtəlif uçuşların həyata keçirilməsi qaydaları təsdiq edilib. Nazirlər Kabineti “Hava gəmilərinin beynəlxalq uçuş əməliyyatlarının, məşq uçuşlarının və xüsusi xarakterli aviasiya fəaliyyəti ilə bağlı uçuşların həyata keçirilməsi Qaydaları”nı təsdiq edib.  xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Bölgə Siyasət

Baş Prokuror Xankəndidə əməliyyat müşavirəsi keçirdi

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Xankəndi Şəhər Prokurorluğunda Baş Prokurorluğun əməkdaşları, Xankəndi şəhər,  Ağdam, Cəbrayıl, Füzuli,  Xocalı, Xocavənd, Kəlbəcər,  Qubadlı, Laçın, Şuşa, Zəngilan rayon, eləcə də Ağdam, Füzuli, Kəlbəcər, Qubadlı və Tərtər həbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib. xeberde.az xəbər verir ki, toplantıda azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyətinin təşkili, hüquq-mühafizə sisteminin institusional dayanıqlığının təmin olunması, cinayətkarlığa […]