Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya əsasən sərhədin demarkasiya və delimitasiya prosesinin davam etdirilməsi üçün hazırlıq başlayıb. xeberde.az bildirir ki, Tavuş vilayətinin Açarkut kənd icmasının keçmiş üzvü Karen Qazaryan bəzi ərazilərin minalardan təmizləndiyini və çıxarılan qurğuların partladılacağını bildirib. Qazaryan Tavuşda üç kəndin Azərbaycana təhvili üçün hazırlıq görüldüyünü deyib: “Yeni güzəştlər üçün demək […]
Siyasət
Qazax istiqamətində gərginlik: Ermənistanın hərəkətləri təsadüfi sayıla bilməz- SENSASİON FAKTLAR
Ermənistan son zamanlar Qazax rayonu istiqamətində xeyli aktivləşib. Təxribatlar ard-arda baş verir. Bu durumu təhlil edən ekspertlər hesab edirlər ki, 7 aprel 2025-ci il tarixində Azərbaycanın Qazax rayonu istiqamətində qeydə alınan hadisələr Ermənistanın Azərbaycanın sərhədyanı yaşayış məntəqələri yaxınlığında taktiki fəallığın yeni mərhələsinə keçdiyini açıq şəkildə göstərir. xeberde.az xəbər verir ki, məsələ ilə bağlı Caliber.az saytı təhlil […]
Ermənistan Araz çayını çirkləndirir – Prezident
Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib. Dövlətimizin başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri […]
Bakıda beynəlxalq forum keçiriləcək – Prezident mərasimdə iştirak edəcək
Bu gün Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə 7-ci ADA Siyasi Forumu keçiriləcək. xeberde.az xəbər verir ki, forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edəcək. Forum telekanallar və Azərbaycan Prezidentinin sosial media hesabları vasitəsilə canlı yayımlanacaq: //www.facebook.com/share/v/1Xw548hNuD/ //youtube.com/live/_hiILgSEBv0?feature=share Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin […]
Xanlar Vəliyev YOLA SALINDI – RƏSMİ
Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan məlumat verilib. Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq […]
Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur
Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi (CQD) layihəsi region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hədəflənib. 4 seqmenti özündə birləşdirən CQD layihəsinin icrasında – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya uğurla iştirak edirlər. Bu baxımdan da CQD enerji resurslarının şaxələndirilməsi işində çox mühüm əhəmiyyət kəsb edən layihədir. CQD-nin əsas məqsədi “Şahdəniz” qaz-kondensat […]
Almaniya – Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan Almaniya Federativ Respublikası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu qərarını dəfələrlə bəyan edib. Almaniya eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin […]
Almaniya Prezidenti İçərişəhərlə tanış olub
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar. xeberde.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş […]
Mövqelərimiz atəşə TUTULUB
Aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü olub
xeberde.az bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.