Cəmiyyət Gündəm Ölkə Təhsil

Birinci sinifə qəbul BAŞLAYIR

1 may saat 11:00 dan etibarən 2025–2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Bu barədə xeberde.az-a MÜTDA-dan məlumat verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq […]

Ölkə Sosial Təhsil

Azərbaycanda universitet binası SÖKÜLÜR

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binası söküləcək. xeberde.az xəbər verir ki, bu, “Bakı Metropoliteni” QSC-nin “Dərnəgül” elektrik deposunun tikintisi ilə bağlıdır. Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma “Dərnəgül” elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun […]

Cəmiyyət Gündəm Ölkə Sosial

“Savadlı ustalar ayda 5-10 min, ali təhsilli şəxslər isə 500-1000 manat qazanır”

“Bugünkü təhsil sistemi uşaqlara, cəmiyyətə heç nə vermir. Sadəcə ağır dərs proqramı ilə yüklənmiş uşaqlar var. Ali məktəblərə qəbul imtahanlarının nəticələrinə baxanda görürük ki, əksəriyyəti 5 ballıq sistem üzrə 1-2 qiymətlərlə (150-250 bal) daxil olur”. Bu sözləri xeberde.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert Elçin Bayramlı ali təhsil alan gənclərin iş tapmaqda çətinlik çəkməsi barədə danışarkən […]

Gündəm manset Ölkə Siyasət

Almaniya Prezidenti İçərişəhərlə tanış olub

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar. xeberde.az xəbər verir ki, ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb. Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş […]

AKTUAL Ölkə

Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq Taksi Sürücüləri Birliyi tərəfindən başladılan boykot kampaniyası ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a Birliyin rəhbəri Elşad Eldarov məlumat verib. Onun sözlərinə görə, müvafiq qurumdan taksi sürücülərinin tələblərinə baxılacağı bildirilib. Buna görə də, o, kampaniyanın ləğv olunduğunu elan edib və sürücüləri fəaliyyətlərini davam etdirməyə çağırıb. […]

Gündəm Ölkə

“Bolt”un sürücüləri də boykota qoşulub? – Şirkət açıqladı  

“Bolt” şirkətinin aprelin 2-də gündəlik fəaliyyətində və ümumi iş prosesində əhəmiyyətli bir dəyişiklik qeydə alınmayıb. Bu barədə xeberde.az-a şirkətdən bildirilib. Qeyd olunur ki, “Bolt” şirkətinin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır: “Şirkət əməkdaşlıq etdiyi bütün sürücülərin qaydalara riayət etməsi və təhlükəsizlik […]

Gündəm Hərbi manset Müharibə Ölkə Siyasət

Aprel döyüşlərindən 9 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür.2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu […]

Cəmiyyət Ölkə

Sabiq deputatın binasının damında mansard tikilir?

Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib. xeberde.az “Müsavat”a istinadən xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır. “Binaların damları […]

Gündəm Hadisə Ölkə

Hacı Vəliyev saxlanıldı

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. xeberde.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri […]

Ölkə

Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan bayramdır. Novruz bayramının qədim köklərə aid olduğunu, xalqımızın qəlbində əbədi yaşayacağını daima vurğulayan Ümummilli Lider Heydər Əliyev bu bayramın o vaxtkı […]