manset Siyasət

İlham Əliyev həmkarını təbrik etdi

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb. xeberde.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Ruanda Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamik inkişaf etməsi məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Azərbaycana həyata keçirdiyiniz […]

manset Təhsil

Akademik tanınma prosesinin vaxtı uzadıldı

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğun həyata keçirilir. xeberde.az xəbər verir ki, bu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşlara müraciətində bildirilib. Qaydaların 5.9-cu bəndinə əsasən, xaricdə natamam ali təhsil alan şəxslər təhsilinin qalan hissəsini […]

Bölgə Cəmiyyət manset

Yekaterinburqda qətlə yetirilən qardaşlar Ağcabədidə dəfn edildi – FOTO – YENİLƏNİB

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovla Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən vida mərasimi başa çatıb. xeberde.az xəbər verir ki, mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında dəfn olunublar. Dəfndə mərhumların ailə üzvləri, doğmaları, Ağdam və Ağcabədi rayonları ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xatırladaq ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında […]

Gündəm Kriminal manset

DTX əməliyyat keçirdi – Saxlanılan var

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub. xeberde.az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən […]

manset Ölkə Region

Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)

Dünyada hərbi münaqişələrin artdığı bir dönəmdə insanların təhlükəsizliyi üçün görülən tədbirlər də aktuallığını qoruyur. Belə ki, müharibələr, nüvə sızıntıları, kimyəvi silahların tətbiqi, bir sıra təbii fəlakətlər zamanı əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün bunker və sığınacaqlardan istifadə edilir. Bu kimi bunkerlərdən biri sovet illərində Bakının Qaradağ rayonunda – Ələt qəsəbəsi yaxınlığında inşa edilib. Hazırda baxımsız və […]

Gündəm manset Siyasət

Bəylər Eyyubov vəzifəsindən azad edildi – Yerinə təyinat oldu – FOTO

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun tutduğu vəzifədən azad edildiyi barədə məlumat yayılıb. xeberde.az xəbər verir ki, o, Prezident Katibliyinin rəisi təyin olunub. Prezidentin Təhlükəsizlik Xidmətinə Fərid Əsgərov rəis təyin edilib. F.Əsgərov bu təyinatadək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini idi. General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi – Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə […]

AKTUAL Dünya Gündəm Hadisə manset Siyasət

“Rusiya üçün azərbaycanlıları itirməyin bədəli ağır olacaq” – ŞOK TƏHLİL

“Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Dünyasını dəyişən həmvətənlərimizə Allahdan rəhmət diləyirik. Amma bir iqtisadçı kimi əminliklə deyirəm ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz”. xeberde.az bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, hazırda Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir: “Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin […]

Dünya Gündəm Hadisə manset

Rusiyada azərbaycanlılara qanlı OMON hucumunun şahidləri danışdı –VİDEO

Yekaterinburqda 5 azərbaycanlının qətlə yetirildiyi hadisənin şahidləri REAL TV-yə danışıb. Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılan və sonradan azad edilən azərbaycanlılr Vüqar və Ramil Səfərovlar Real TV-nin Rusiya bürosuna hadisənin tükürpədici təfərrüatları barədə məlumat veriblər. İyunun 27-si gecə saat 5-6 radələrində evlərinə mskalı şəxslərin basqın etdiklərini və onlarla bərabər ailə üzvlərinin hamısının zorakılıq tətbiqilə […]