Üzeyir Şəfiyev: “Nikahsız ailə ailə sayıla bilməz, çünki…” Son zamanlar nikahdankənar doğulan uşaqların sayında artım müşahidə olunur. “Bakı-Xəbər” məlumat yayıb ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən 13 min 228 uşaq doğulub. Bu uşaqların 5 158-i şəhərdə, 8 070-i isə kəndlərdə dünyaya gəlib. Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, nikahdankənar uşaqlar […]
manset
Prezidentdən Miqrasiya Xidməti ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi və “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən kiçik xüsusi rütbəsi olan işçilərin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. xeberde.az xəbər verir […]
Gələn həftədən bağçalara qəbul başlayır
Gələn həftədən məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçaları) qəbul başlayır. xeberde.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, iyulun 18-si saat 11:00-dan etibarən Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, iyulun 25-i saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil […]
Bu dövlət qəzetləri birləşdirildi
“Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan qurumların siyahısı”nda dəyişiklik edilib. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər […]
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb – SƏRƏNCAM
Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzalayıb. xeberde.az xəbər verir ki, Sərəncama əsasən, dövlətimizin başçısı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 650 min manat ayırıb. Həmin Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə […]
Publik hüquqi şəxslər üçün vahid indekslərin siyahısı genişləndirilib
Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı genişləndirilib. xeberde.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti bu siyahıya əlavə edilib.
Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi
Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsi ləğv edilib. xeberde.az xəbər verir ki, bu barədə Trend-ə yerli sakinlər məlumat verib. Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Qeyd edək ki, analoji qayda ölkəmizdə artıq bir neçə rayonda da tətbiq olunub.
Rusiya Azərbaycanın iki şirkətinə qadağa qoydu
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) iyulun 11-dən etibarən Azərbaycanın iki istehsalçısından süd idxalına qadağa qoyub. xeberde.az bu barədə Xidmətin saytına istinadən xəbər verir. Bildirilir ki, Azərbaycan istehsalçıları olan “ALLBUY” MMC və “MILK PRODUCTS” MMC-dən bütün növ süd məhsullarının idxalı qadağan edilib. Qərarın Azərbaycan müəssisələrinin Rusiya tərəfinin yoxlamalarını qəbul etməkdən imtina etməsi və onların öz məhsullarını gələcəkdə […]
Prezident Birləşmiş Ərəb Əmirliklərindədir – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib. xeberde.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşılayıblar.
Tələbələrin köçürülməsi BAŞLAYIR
2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olunur. Bu barədə xeberde.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron müraciətlərin qəbulu 2025-ci il iyulun 15-i saat 11:00-da başlayacaq və iyulun 22-si saat 18:00-da başa çatacaq. Köçürülmə prosesində iştirak etmək […]










