Dünya Gündəm Hadisə manset

Kiyevdə Azərbaycan səfirliyinin ətrafı bombalandı – Ərazidən GÖRÜNTÜLƏR

Ukraynanın, paytaxt Kiyev də başda olmaqla bir sıra vilayətləri Rusiya ordusu tərəfindən kütləvi hava hücumlarına məruz qalıb. xeberde.az xəbər verir ki, Kiyevin mərkəzi Şevçenko, Salomonsk, Qolosevskiy, Darnitsa və digər rayonlarında ciddi dağıntılar var. Kiyevdə raket zərbəsi Azərbaycan səfirliyinin binasının ətrafında olan tikililərə endirilib. Ölənlər və yaralananlar var. Tələfatların və hücumların konkret miqyası ilə bağlı hələ […]

manset Siyasət

İlham Əliyev Sərəncam imzaladı

Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək. Həmçinin digər geodeziya koordinat […]

Bölgə manset Siyasət

III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə

Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” adlı Qlobal Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb. xeberde.az xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən […]

Kriminal manset

Müdir təyinatı adı ilə 68 mini ələ keçirmişdi – Hökm oxundu

Masallıda Viləşçay Su Anbarı İstismar İdarəsinin əməkdaşı olmuş Cavid Şirəliyevin məhkəməsi başa çatıb. xeberde.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə C.Şirəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib. İbtidai istintaq zamanı məlum olub ki, 1983-cü il təvəllüdlü Cavid Şirəliyev həm də 7gun.org saytının rəhbəridir. O, 2012-2014-cü illərdə “7 Gün Xəbər” […]

AKTUAL manset Secme Xeberler

Tarixə qılıncla yox, şeirlə yazılan ad: Şah İsmayıl Xətainin doğum günüdür

Bu gün Azərbaycan tarixinin ən möhtəşəm simalarından biri – Şah İsmayıl Xətainin doğum günüdür. 538 il əvvəl, 17 iyul 1487-ci ildə Ərdəbildə dünyaya gələn Xətai sadəcə bir hökmdar deyil, həm də güclü bir söz ustası, türk dünyasının mədəni-siyasi birləşdiricisidir. O, 14 yaşında böyük bir imperiyanın təməlini qoydu, Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırdı, xalq ədəbiyyatının […]

manset Təhsil

ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur – Rektor

ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur. xeberde.az xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru professor Hafiz Paşayev ADA Universitetində dövlət sifarişli yerlər haqqında keçirilən məlumat sessiyasında deyib. O bildirib ki, bu göstəricilər tələbələrin akademik nailiyyətləri ilə birbaşa bağlıdır: “Yeni tədris ilindən etibarən ADA Universitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetin yaranmasından bəri əsas missiyamız […]

Kriminal manset

Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı

Dünən günorta saatlarında paytaxtın Yasamal rayonunda həyat yoldaşı Vasif Kərimov tərəfindən güllələnən Fərqanə Kərimovanın vəziyyəti açıqlanıb.  Bu barədə xeberde.az-a TƏBİB-dən məlumat verilib.  Bildirilib ki, ötən gün saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən təcili çağırış daxil olub.  Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. 1987-ci il təvəllüdlü şəxsə (qadın […]

Bölgə manset Siyasət

Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə edildi

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. xeberde.az xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

manset Təhsil

Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görüldü

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb. BŞTİ-dən xeberde.az-a bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, paytaxt üzrə 13, 45, 53, 60 (2 nəfər), 129, 180 (2 nəfər), 194, 204 (2 nəfər), 218, 234, 259, 263, 269, 272, 275 (2 nəfər), […]

Gündəm Hüquq manset

Xocalıda qətlə yetirilən beş yaşlı qızın məzarı açıldı – VİDEO

Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb. xeberde.az AzTV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar. Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal olunan […]