Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, […]
manset
Prezident Lənkərana GETDİ – Açılışda iştirak etdi
Fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. xeberde.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran […]
Baş nazir qərar imzaladı
Şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanun qüvvəyə mindiyi günədək Azərbaycanda hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycanda yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Qərarla bu halda Səfərbərlik və Hərbi Xidmətə […]
Xocalı həqiqətləri və tarixi zəfər
26 Fevral – Xocalı soyqırımı günü Azərbaycan xalqının yaddaşına qanla yazılmış ən ağır tarixlərdən biridir. Bu gün təkcə bir şəhərin deyil, bütövlükdə xalqımızın taleyinə vurulmuş dərin yaradır. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev Xocalı faciəsini “bütün […]
Sahil Babayev yeni qərar imzaladı
Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət […]
İlham Əliyev Estoniya prezidentini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev estoniyalı həmrakı Alar Karisi Müstəqillik Günü münasibətilə təbrik edib. xeberde.az-ın məlumatına görə, təbrikdə deyilir: “Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram. İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. […]
Həkimə birbaşa müraciət niyə ödənişli EDİLİR…
“Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinin tətbiq müddətinin 16-4.4-1-ci maddə vasitəsilə 2027-ci il 1 yanvar tarixinədək uzadılması – mahiyyət etibarilə texniki yox, sistemin gələcək davranışını formalaşdıran strateji qərardır. xeberde.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədin müzakirəsi zamanı çıxış edən deputat Müşfiq Məmmədli bildirib. “Söhbət Azərbaycan üzrə […]
Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur. xeberde.az xəbər verir ki, bu barədə Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmməzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər: “Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib […]
Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? – SİYAHI
Ötən il Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,5 saat təşkil edib. xeberde.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə işçilərin iş saatının miqdarı artıb. Belə ki, 2024-cü ildə Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,6 saat az – 148,9 saat olub. Azərbaycanda ən […]
Musiqi və rəssamlıq müəllimlərinə şad xəbər: Attestasiya ləğv olunur
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışanlar attestasiya yolu ilə deyil, xüsusi qaydalarla sertifikasiyadan keçəcəklər. xeberde.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanununa müvafiq dəyişiklik nəzərdə tutulur. Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə çıxarılıb. Qanuna dəyişikliklə bağlı məlumat verən Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin […]










