Azərbaycanda Əməkdar memar vəfat edib. xeberde.az-ın məlumatına görə, Cəmaləddin Bəy oğlu Qədirov dünyasını dəyişib. Allah rəhmət eləsin! Qeyd edək ki, C.Qədirov 1953-cü ildə Qusarda doğulub. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Qusar rayonunda Tahircal kənd Mədəniyyət evinin bədii rəhbəri (1970-1974), Bakı Balıqcılıq Dəniz limanında matros (1974), Azərbaycan “Avtoyol” Layihə institutunda texnik, mühəndis (1983-1989), Bakı […]
Mədəniyyət
Əli Əsədov Heydər Məscidi ilə bağlı qərar imzaladı
Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Heydər Məscidi memarlıq abidəsi hesab edilib.
Aktyor Möylə Mirzəliyev vəfat edib
Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Report”a aktyorun ailəsindən məlumat verilib. Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət […]
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir
70-ci illərin ortalarında SSRİ-nin qəbul etdiyi Konstitusiyadan sonra tərkibində olan dövlətlərin milli dillərinin sıxışdırılması daha da gücləndi. Həmin dövrdə ana dili məsələsini gündəmə gətirmək olduqca riskli idi. Hətta 30-cu illərdə milli dil məsələsini açanlar Sibirə sürgün olunurdular. Bütün bu maneələrə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsinində öz mövqeyini bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin […]
Prezidentdən milli mətbuatın 150 illiyi ilə bağlı SƏRƏNCAM
Azərbaycan milli mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. xeberde.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabineti yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək. Sərəncamda […]
Əlixan Rəcəbovu tənqid etdi: “Şüşənin içində oturub ssenari yazır”
Tanınmış kinoşünas Sevda Sultanova Əlixan Rəcəbovun “Səriyyə” filmi ilə bağlı tənqidi fikirlər səsləndirib. xeberde.az xəbər verir ki, Sultanova Aynur Xəlilovanın “Hərşeyşünas” adlı yutub podkastında qonaq olarkən danışıb. Onun sözlərinə görə, filmin mövzusu ümumilikdə normal olsa da, rejissorun cəmiyyətlə əlaqəsinin zəif olduğu hiss olunur: “Əlixan Rəcəbov sanki bir şüşənin içində oturub oradan ssenari yazır, amma gedib […]
“Savaş yaratmaq istəyir, ailədən xəbəri olmayan ailədən danışır” – Xalq artistindən sərt sözlər
Müğənni Mehin Hümbətova açıqlamaları ilə diqqət çəkib. Sənətçi Azərbaycanda bəylərin həyat yoldaşları ilə birlikdə kluba gedə bilmədiklərini əsas gətirərək rahat istirahət etmədiklərini deyib. “Bəylərimiz öz xanımları ilə istədikləri kimi istirahət edə bilmirlər. Rahat sevgi dolu həyat yaşaya bilmirlər ki, kənardan nə deyərlər? Qaynım, qardaşım görsə ki, xanımımla kluba gəlmişəm, nə deyərlər?”, – deyə düşünürlər. Get […]
Elza Seyidcahan Milli Qəhrəman Albertə mahnı həsr etdi – Video
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə mahnı həsr edib. Bu barədə xeberde.az-a açıqlamasında Əməkdar artist özü bildirib. O, qeyd edib ki, “Albert Aqarunov” adlanan mahnının sözləri Anar Məmmədova məxsusdur: “Albert mənim üçün təkcə qəhrəman deyil, bir rəmzdir! Azərbaycan oğlunun milliyyətə, dinə etnik mənsubiyyətə baxmadan Vətən üçün şəhid olmasının canlı heykəlidir!” Qeyd […]
Nəyə lazımdır? Siz nə danışırsınız? – Spikerdən deputata – VİDEO – YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun müzakirəsi zamanı deputat Səyyad Salahlının çıxışı birmənalı qarşılanmayıb. xeberde.az xəbər verir ki, deputatın “Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar” deməsinə spiker Sahibə Qafarova etiraz edib. “Abidələr hamısı […]
Orxan Fikrətoğluna yeni vəzifə verildi
Mədəniyyət nazirinə yeni müşavir təyin olunub. xeberde.az-ın məlumatına görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb. O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək. Qeyd edək ki, Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda […]










