Mədəniyyət

Azərbaycanda xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti artırılır

Gələn il yanvarın 1-dən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün yeni giriş qiymətləri tətbiq ediləcək. xeberde.az Agentlik yanında Qoruqları İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan […]

Mədəniyyət

Tarix və mədəniyyət abidələri ilə bağlı yeni cəza qaydaları müəyyənləşir

Tarixi və mədəniyyət abidələrini korlayanlar və məhv edənlərlə bağlı yeni cəza qaydaları müəyyənləşir. xeberde.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında”  qanuna dəyişiklik nəzərdə tutulur. Mədəni sərvətləri qəsdən korlama və ya məhv etməyə görə 246-cı maddəyə nəzərdə tutulur:“246.1. Dövlət tərəfindən qorunan  daşınar və […]

Mədəniyyət

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisi fəaliyyətə başlayıb. TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət nümayəndə heyəti ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası […]

Mədəniyyət Şou-Biznes

Nə revanşist olaq, nə də “irəvanşist”…

Nə olaydı, qövmümüzün bəzi pis xasiyyətləri olmayaydı. Biri də bu, “yada yalaq, yaxına badalaq”lıqdır. Bu mövzuda çox yazmışıq, çox göft-gu etmişik, amma düzələn şakər deyil, belə anlaşılır ki, bu sayaq da gedəcək. Tanınmış müğənnimizin Qazaxıstanda erməni təmsilçiyə 12 bal verməsini yalnız yaltaqlıqla izah etmək olar. Başqa səbəb yoxdur. Xanım əfəndi açıq-aşkar erməni musiqiçiyə yaltaqlanıb və […]

İncəsənət Mədəniyyət

Xalq artisti Roza Cəlilova VƏFAT ETDİ

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib. xeberde.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə – Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb. Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Cəmiyyət Gündəm Mədəniyyət

“Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər…”

“Bəzi qüvvələr Cabiri bir az mənfi tərəfdən göstərmək istəyirdilər. Amma misal var ki, Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”. xeberde.az xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib. “Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi. Çoxları elə bilir Cabir məndən böyükdür. Amma mən ondan iki yaş böyük […]

Bölgə Mədəniyyət

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi – FOTO

Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Bu barədə xeberde.com-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilib ki, azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub. […]

manset Mədəniyyət

Onlara 4000 manat veriləcək

Kino Agentliyində fəaliyyət göstərən Seçim Komissiyasının üzvlərinə pul veriləcək. xeberde.az xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub. Belə ki, sözügedən məvacib komissiya üzvlərinə Agentliyə təqdim olunmuş sənədlərin təhlili və yoxlanılması, ssenarilərin bədii qiymətləndirilməsi, iqtisadi göstəricilərin dəyərləndirilməsinə görə veriləcək. Məlumata görə, aşağıdakı kinoşünasların hər birinə 4000 manat məbləğində məvacib ödəniləcək: 1) Mərdan Orxan Şiruyyə […]

Mədəniyyət

Qarabağda daha 44 abidə reyestrə daxil edilib – RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə aparılan kompleks tədqiqat və inventarlaşdırma işləri nəticəsində daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən xeberde.az-ın sorğusuna cavab olaraq bildirilib, Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli, 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq […]

Mədəniyyət

Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb. xeberde.az-ın məlumatına görə, mətndə deyilir: Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir. […]