Rusiyalı aktrisa Aqlaya Tarasova Moskvanın Domodedovo hava limanında narkotiklə saxlanılıb. xeberde.az xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb. İlkin məlumata görə, aktrisa İsraildən elektron siqaret (veyp) ilə gəlib. Cihazın içində isə 0,38 qram çəkidə həşiş yağı aşkarlanıb. Hadisə ilə bağlı Tarasovaya qarşı narkotik vasitələrin qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb. Bu maddə üzrə ona […]
Kriminal
Rusiyada azərbaycanlı diaspor nümayəndəsi həbs olunub
Rusiyanın Kuban şəhərindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri, Tuapsedəki yükdaşıma terminalının və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibi Şahlar Novruzov həbs olunub. xeberde.az xəbər verir ki, Novruzov 919 milyon rubl dəyərində daşınmaz əmlakı oğurlamağa cəhdlə bağlı cinayət işi üzrə təqsirləndirilir. İstintaq hesab edir ki, cinayəti törətmək üçün cinayəti törədən şəxslər, o cümlədən Şahlar Novruzov Prikubanski Rayon […]
Bakıda törədilmiş dəhşətli qətlin TƏFƏRRÜATI – İsgəndərin payızda toyu olacaqmış – VİDEO
Bakıda 34 yaşlı kişinin qətli ilə bağlı təfərrüat məlum olub. xeberde.az Xəzər TV-yə istinadən məlumat verir ki, qonşuların sözlərinə görə, əslən Tərtərdən olan İsgəndər Əliyev paytaxtdakı tikinti şirkətlərindən birində iş icraçısı kimi çalışıb. O, payızda toy etməyə hazırlaşırmış. Qonşular bildiriblər ki, hadisə baş verən gecə ev sahibi özü də evdə olub. İsgəndər Əliyev və yoldaşları kirayə […]
Anar Abdullayev məhkəmə zalında həbs olundu
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az məlumat verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq Anar Abdullayevin qaydalara əməl etmədiyini əsas gətirərək onun məhkəmə zalında həbs edilməsini istəyib. Məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edib. […]
Avtomatla binanı güllələdi – Xeyli ölən var – FOTO
ABŞ-də silahlı hücum olub. Nyu York şəhərinin Manhettan səmtində 27 yaşlı Shane Devon Tamura adlı şəxs M4 avtomat tüfəngi ilə 345 Park Avenue ünvanındakı göydələndə atəş açaraq 6 nəfəri öldürüb. hadisə zamanı yaralanan polis zabiti Didarul Islam xəstəxanada vəfat edib. Ölənlərdən biri təhlükəsizlik əməkdaşıdır. Hücumun səbəbi hələlik məlum deyil, polis geniş istintaqa başlayıb. Saldırğanın psixi sağlamlıq […]
İdarə rəisinin işində 12 milyon manat ziyan var – PULLAR HARDADIR?
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, eyni zamanda Bayraq Meydanının keçmiş rəisi İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. xeberde.az xəbər verir ki, prosesdə Fuad Babayevin vəkili vəsatətlə çıxış edib. Vəkil […]
Miras üstündə bir oğlunu ÖLDÜRDÜ, digərini yaraladı – ŞOK GÖRÜNTÜ
Adanada miras davası qanla başa çatıb. Ata mübahisə zəminində iki oğlunu əvvəlcə döyüb, sonra isə onlara silahla atəş açıb. xeberde.az Türkiyə mediasına istinadən xəbər verir ki, açılan atəş nəticəsində onun oğlundan biri həlak olub, digəri isə ağır yaralanıb. Ata həbs edilib. Dəhşətli anların görüntüləri və təhdid mesajları da ortaya çıxıb. Dəhşətli hadisə iyulun 24-də, yerli vaxtla […]
Dövlətə 10 min ziyan vuran məktəb direktoru barədə QƏRAR VERİLDİ
Naftalan şəhər Uşaq Musiqi Məktəbinin sabiq direktoru Almaz Əliyeva apellyasiya məhkəməsinə üz tutub. xeberde.az-ın məlumatına görə, 2023-cü ilin dekabr ayından məktəbə rəhbərlik edən və 2023-cü ildə haqqında cinayət işi açılan məktəb direktoru haqqında olan hökmə xitam verilməsini istəyib. Naftalan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli hökmünə əsasən məktəb direktoru 2 il müddətinə ev həbsinə məhkum edilib, ona, həmçinin dövlət […]
13 yaşlı oğlana qarşı seksual zorakılıq hərəkətləri edən 37 yaşlı kişi cəza almadı – SƏBƏB
37 yaşlı şəxs 13 yaşlı oğlan uşağına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Araşdırma zamanı 37 yaşlı şəxsin əqli probleminin olduğu müəyyən edilib. xeberde.az-ın xəbərinə görə, hadisə Ağsuda baş verib. Şəhərdəki internet klublarından birinə gedən 13 yaşlı oğlan uşağı orada olan 37 yaşlı Nəcəf tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qalıb. Hadisədən uşağın anası xəbər tutub. […]
“Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı” – Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR
Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində qətl törədilib. xeberde.az xəbər verir ki, gecə saat 05 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü […]










