Bakıda qadın narkotik alverində şübhəli bilinir. Bu barədə xeberde.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb. S.Teymurova ifadəsində […]
Kriminal
Özünü Türkiyədən gələn vəkil kimi təqdim edib, türkcə danışıb – Azərbaycanda ŞOK dələduzluq işi
Ağcabədidə özlərini jurnalist və vəkil kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən sevgililər cinayət məsuliyyətinə cəlb edilib. Məlum olub ki, təqsirləndirilən xanım Türkiyə türkcəsi ilə danışaraq özünü qonşu ölkədən gəlmiş vəkil kimi təqdim edirmiş. xeberde.az xəbər verir ki, təqsirləndirilən şəxslər 34 yaşlı Mahirə B. və 33 yaşlı Elvin Məhərrəmovdur. Onların arasında sevgi münasibəti olub […]
Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
Sumqayıtda əri tərəfindən bıçaqlanan qadın xəstəxanada dünyasını dəyişib xeberde.az xəbər verir ki, Sumqayıtda 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova əri tərəfindən bıçaqlanıb. Hadisə Səməd Vurğun küçəsində baş verib. Təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılan qadına həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin ailə münaqişəsi zəminində […]
“Sputnik”in redaktorunun evində axtarış aparıldı
“Sputnik Azərbaycan”ın redaktoru İqor Kartavıxın mənzilində axtarış aparılıb. xeberde.az xəbər verir ki, axtarış zamanı mənzildən kompüter avadanlığı götürülüb. Qeyd edək ki, Azərbaycanın təhlükəsizlik qüvvələri dünən “Sputnik Azərbaycan”ın ofisində əməliyyat-axtarış tədbirləri keçirib. Tədbirlər çərçivəsində redaksiya heyətinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousov saxlanılıb. Onların Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu […]
Azər Zahid azadlığa BURAXILDI
“TikTok”da əyləncə yarışları təşkil edən və ötən ilin dekabrında ağır ittihamlarla həbs edilən aparıcı Azər Zahid azadlığa buraxılıb. xeberde.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. Azər Zahid məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Azər Zahid sosial şəbəkədə əxlaqsızlığı təbliğ etməkdə ittiham olunurdu. Ona qarşı […]
DTX əməliyyat keçirdi – Saxlanılan var
Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub. xeberde.az xəbər verir ki, E.İsmiyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub. İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ötən […]
Bakıda polisə bıçaqla müqavimət göstərildi, silah tətbiq edildi
İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər. Bu barədə “xeberde.az”a DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına […]
Qayınatasını öldürən kürəkən TUTULDU
Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən xeberde.az-a bildirilib ki, iyunun 29-da Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə […]
Kinostudiyadakı partlayışla bağlı cinayət işi AÇILDI
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb. Bu barədə xeberde.az-a Baş Prokurorluqdan bildirilib.Qeyd edilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. “Toplanmış material üzrə Cinayət Məcəlləsinin […]
Məşhur müğənninin oğlu parkdan ölü tapıldı – FOTO
Adıyamanda məşhur türkü ifaçısı Kahtalı Hamidonun oğlu, 52 yaşlı Sinan Çelik bir parkda ölü vəziyyətdə tapılıb. Üç uşaq atası olan Sinan Çelikin dəqiq ölüm səbəbi aparılacaq tibbi ekspertizadan (otopsiyadan) sonra məlum olacaq. xeberde.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adıyaman mərkəzdə yerləşən Sümerevler məhəlləsindəki Eğriçay Parkında işləyən Sinan Çelik səhər saatlarında parkda hərəkətsiz halda tapılıb. […]










