Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir. xeberde.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi […]
İqtisadiyyat
Azərbaycanda yaxın 5 ildə manatın məzənnəsinin sabit qalacağı gözlənilir
2030-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. xeberde.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir. Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.
Bu şəxslərin maaşları artırıldı
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. xeberde.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləğində dəyişiklik edilib.
Azərbaycanla dəmir yolunu açacağıq – Paşinyan
Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur. xeberde.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşdə deyib. O bildirib ki, bu, Ermənistanla Azərbaycan arasında bərqərar olan sülhlə əlaqələndirilir. Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə mühüm hadisələr gözləyirlər və bu da əsasən TRIPP layihəsinin başlanması ilə bağlıdır. O vurğulayıb ki, TRIPP nəticədə […]
Baş nazir Əli Əsədov qərar imzaladı
“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. xeberde.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, […]
Veysəloğlu Şirkətlər Qrupu “Diamond” statuslu üzvlüklə təltif olundu
Azərbaycan Dövlət Gömrük Komitəsinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə “#bizislahatlarahazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyası keçirilib. Aprelin 8-də Dövlət Gömrük Komitəsinin inzibati binasında baş tutan tədbirdə müxtəlif sahələri təmsil edən şirkət rəhbərləri, biznes nümayəndələri və İdarə Heyətinin üzvləri iştirak ediblər. Sessiyanın əsas məqsədi biznes […]
“Araz” və “OBA” vergi ödənişlərinə görə pərakəndə sektorun lideridir
2025-ci ilin yekunlarına əsasən, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” və “OBA” supermarket şəbəkələri Azərbaycanın pərakəndə sektorunda vergi ödənişləri üzrə lider mövqelərini bir daha təsdiqləyiblər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı siyahıya görə, “Araz” supermarketlər şəbəkəsi 46,4 milyon manat vergi ödəyərək sektor üzrə 1-ci yerdə qərarlaşıb. Eyni zamanda, “OBA” marketlər şəbəkəsi 25,9 […]
Avro gerilədi, rubl və lirə bahalaşdı – dolların mövqeyi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xeberde.az məlumatına görə, aprelin 9-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Avro 1.9834 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2.1710 manatadək, Türkiyə lirəsi isə 0,0382 manata kimi bahalaşıb.
Artım dalğası səngidi: qızıl ucuzlaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xeberde.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,76% azalaraq 4 741 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 1,73% ucuzlaşaraq 74,082 ABŞ […]
Bu ölkədə benzinin qiyməti rekord həddə çatdı
Niderlandda benzin qiymətləri tarixi maksimuma yüksələrək, bir litr üçün təqribən 2.60 avro təşkil edib. “xeberde.az” xəbər verir ki, bu göstəricilər “United Consumers” istehlakçı təşkilatının hesabatında öz əksini tapıb. Çərşənbə axşamı olan məlumata əsasən, Niderlandda bir litr benzinin dəyəri 2.597 avroya, dizel yanacağının qiyməti isə 2.811 avroya qədər artıb. Xatırladaq ki, Ukraynadakı münaqişənin başlanması və neftin […]










