Cəmiyyət İqtisadiyyat

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! – Qiymətlər ENDİ

Bakıda qızıl bazarında qiymətlərdə son günlər müəyyən azalma müşahidə olunur.

Bu barədə paytaxtın qızıl univermaqlarından birində fəaliyyət göstərən zərgər Aqil İsmayılov bildirib.

Onun sözlərinə görə, bazarda ən çox tələb olunan 585 əyyarlı, alıcılar arasında “Türk qızılı” kimi tanınan zinət əşyalarının qramı hazırda 180-182 manat civarındadır.

“Son 3 gün ərzində qızılın qiyməti qrama təxminən 4 dollar ucuzlaşıb. Buna baxmayaraq, əvvəlki həftələrdə qiymətlər mərhələli şəkildə artım göstərib. 750 əyyarlı İtaliya qızılının qramı isə 200–210 manat aralığında dəyişir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir