İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı genişləndirilib. xeberde.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Xidmətlər Zərfinə eşitməyə köməkçi vasitənin uyğunlaşdırılması (1 seans (koxlear protezin illik istifadə tamamlandıqdan sonra 4 dəfə nitq prosessorunun tənzimlənməsi xidməti (fitting), konsultasiya daxil), eşitməyə aid digər qeyri-operativ prosedurlar (koxlear protez cihazının xarici komponentləri) koxlear […]
İqtisadiyyat
Azərbaycanda ilk: Buğdadan çox arpa əkildi
Azərbaycanda 2026-cı ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. xeberde.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, cari il yanvar ayının 1-i vəziyyətinə 958,5 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Səpin aparılmış sahənin 98,9 faizini və yaxud 948,3 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. […]
Azərbaycan neftinin qiyməti 68 dollara qədər azaldı
“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dollar azalıb. xeberde.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,66 ABŞ dolları və ya 2,4 % azalaraq 68,88 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” […]
ASCO-nun yeni sədri kimdir? – DOSYE
Xəbər verdiyimiz kimi, Prezidentin bu gün imzaladığı Sərəncamla Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr təyin edilib. O, bu təyinatadək Dövlət Dəniz və Liman Agentliyi İdarə Heyətinin sədrinin əvəzi vəzifəsində çalışıb. Belə ki, Əfqan Süleyman oğlu Cəlilov 1978-ci ildə anadan olub. 1995 – 2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakültəsi üzrə […]
Neft Fondunun pul yatırdığı şirkətlər – SİYAHI
2025-ci ilin 9 ayında Dövlət Neft Fondunun səhmlər alt portfeli üzrə aktivlərin həcmi yenidən təsnifləşdirmələr, xalis pul çıxışı və müsbət investisiya gəlirləri fonunda 18,119 milyard ABŞ dollarına yüksəlib, portfel üzrə gəlirlilik göstəriciləri əsasən bençmarkla uyğun formalaşıb. Bu barədə xeberde.az-a Hesablama Palatasına istinadən xəbər verir. Bildirilib ki, bu portfelə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə […]
Ermənistan pomidoru, bibəri və qızılgülləri Azərbaycana gələ bilər
Ermənistanla Azərbaycan arasında ticarət təmasları çərçivəsində Ermənistan istehsalı olan bir sıra məhsulların Azərbaycan bazarına ixracı müzakirə olunur. xeberde.az xəbər verir ki, danışıqlarda ixrac siyahısına alüminium folqa və onun xammalı, ferromolibden, tütün və tekstil məhsulları, həmçinin kənd təsərrüfatı məhsulları – pomidor və bibər, eləcə də çiçəklər, xüsusilə qızılgüllər daxil edilib. Məsələ ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Gevoq […]
Veysəloğlu MMC “Gələcəyin Liderlik Ekosisteminin Qurulması” üzrə strateji yanaşmasını təqdim edib
Veysəloğlu MMC Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi çərçivəsində növbəti tədbirini təşkil edib. Qeyd edək ki, layihənin məqsədi mütəxəssis səviyyəsində çalışan və gələcək liderlik potensialına malik əməkdaşları müəyyənləşdirmək, dəyərləndirmək və onların inkişafını təmin etməkdir. Layihə çərçivəsində İdarə Heyəti üzvlərinin iştirakı ilə mentorluq görüşləri keçirilir, əməkdaşların fərdi inkişaf yol xəritəsi hazırlanır. Layihə çərçivəsində keçirilən növbəti […]
İranın 5 manatlıq kərə yağları – Bakıda zəhər satılır? SOS
Azərbaycanda kərə yağı bazarı uzun illərdir ki, istehlakçı narazılıqlarının əsas mövzularından biri olaraq qalır. Bahalı qiymətlər fonunda keyfiyyətə dair suallar getdikcə daha çox səslənir. Alıcılar mağaza rəflərində təqdim olunan məhsulların qiymətinin cibə ağır gəldiyini desələr də, bu məbləğin real kərə yağına uyğun olub-olmadığına əmin deyillər. Xüsusilə son dövrlər bazara müxtəlif ölkələrdən, o cümlədən İrandan gətirilən […]
“Venesuela nefti bazarlarda ŞOK effekti yarada bilər” – MÜHÜM açıqlama
Dünyanın əsas neft istehsalçılarından biri olan Venesuelada baş verən son siyasi və iqtisadi proseslər qlobal neft bazarında qeyri-müəyyənliyi artırır. Neft hasilatı və ixracında yaranan risklər dünya bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu proseslərdən neft ixracatçısı olan Azərbaycan da kənarda qalmır. Qlobal təklif-tələb balansındakı dəyişikliklər, qiymət dalğalanmaları və geosiyasi risklər ölkəmizin neft gəlirləri, ixrac imkanları […]
Yeni dövlət qurumu yaradılıb – FƏRMAN
Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. xeberde.az xəbər verir ki, fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli […]










