Maliyyə Nazirliyinin Kollegiyası dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, eləcə də dövlət adından yaradılan publik hüquqi şəxslərin quruma təqdim edəcəyi məlumat və hesabat formalarını təsdiqləyib. Bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb. Qərara əsasən, bu təşkilatlar pul vəsaitlərinin hərəkəti (gəlir və xərc smetası), mənfəət-zərər, maliyyə vəziyyəti, ticarət […]
İqtisadiyyat
Azərbaycanda hansı peşə sahibləri gündə neçə saat işləyir? – SİYAHI
Ötən il Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,5 saat təşkil edib. xeberde.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə işçilərin iş saatının miqdarı artıb. Belə ki, 2024-cü ildə Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,6 saat az – 148,9 saat olub. Azərbaycanda ən […]
Vüqar Bayramov: Bu, Azərbaycanın gücünü təsdiq edir
“Fevralın 19-da Azərbaycan Prezidentinin Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak etməsi və ABŞ Prezidenti tərəfindən ölkəmiz ilə bağlı deyilən xoş sözlər Azərbaycanın regional gücünü və geosiyasi mövqeyinin daha gücləndiyini bir daha təsdiq edir. Sülh Şurası özündə eyni zamanda dünyanın aparıcı iqtisadi gücünü birləşdirir. Bu sadəcə həmin şurada ABŞ-ın təmsil olunması deyil, həmçinin qurumun genişlənməsi ilə […]
“Veysəloğlu”nun sponsorluğu ilə çəkilən “Naxçıvan Maarifi” filminin təqdimatı olub
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Veysəloğlu”nun sponsorluğu ilə ərsəyə gələn “Naxçıvan Maarifi” sənədli-bədii filminin təqdimatı keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini […]
Azərbaycanda bu idarələr ləğv olundu
Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib. xeberde.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunlar Kürdəmir, Sabirabad, Sumqayıt və Lənkəran Melioservis İdarələridir. Xatırladaq ki, daha əvvəl isə Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama […]
Əhaliyə ŞAD XƏBƏR: Ətin qiyməti ucuzlaşacaq
“Monqolustandan Azərbaycana ət idxalının kəskin artması daxili bazarda qiymətlərə təsir göstərə bilər. Lakin bu proses avtomatik və birbaşa ucuzlaşma anlamına gəlmir”. xeberde.az xəbər verir ki, bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında bildirib. İqtisadçı Akif Nəsirli: “Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın” “İdxalın qiymətlərə təsiri bir sıra iqtisadi […]
Mikayıl Cabbarov onu özünə müşavir təyin etdi – FOTO
Ləğv edilmiş “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib. xeberde.az məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib. T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir. Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, “Bakı Beynəlxalq Dəniz […]
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşi
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” Marketlər Şəbəkəsi FMCG (sürətli dövriyyəli istehlak malları) sektorunda ilkə imza ataraq, startap ideyalarını real biznes həllərinə çevirən “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunu həyata keçirib. Fevralın 11-də Startap, İnnovasiya və Dəstək proqramı – OBA SİD çərçivəsində keçirilən marafonun bağlanış və qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Layihənin əsas məqsədi pərakəndə […]
Bu gündən Türkiyədən toyuq məhsullarının ixracı dayandırılacaq
Türkiyədə fevralın 9-dan başlayaraq toyuq məhsullarının ixracı müvəqqəti olaraq dayandırılacaq. xeberde.az xəbər verir ki, qərarın əsas məqsədi daxili bazarda qiymət artımının qarşısını almaqdır. Bildirilib ki, Ramazan ayı ərəfəsində ölkədə toyuq istehsalçıları və satıcıları qiymətləri təxminən 15 faiz yüksəldiblər. Bunun ardınca Türkiyənin Ticarət Nazirliyi ixracın sabahdan etibarən dayandırılacağını açıqlayıb. (“Haber Global”)
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir. 15 il ərzində “Araz” ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyəti ilə tanınıb. Fəaliyyətə başladığı ilk gündən müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən “Araz” supermarketlər şəbəkəsi bu gün ölkə üzrə 300-dən […]










