“Karvan” rəhbərliyi Füzuli Məmmədovla problem yaşayan futbolçular barədə gözlənilməz qərar qəbul edib. Yevlax təmsilçisi baş məşqçi ilə yola getməyən oyunçulara düşərgəni tərk etməyi məsləhət görüb. «Gedin oturun evinizdə, mövsümün sonunadək maaşınızı ödəyəcəyik» – onlara belə deyilib. Premyer Liqanın son turunda «Qarabağ»a 0:7 hesablı məğlubiyyət «Karvan»da gərginliyi pik həddə çatdırıb. Çempionatı tərk edəcəyi şübhə doğurmayan «sarvanlar»da […]
İdman
“Milyonlar qazanıram, mənə fərq etməz”
UFC-nin orta çəki dərəcəsində hazırkı çempionu Həmzət Çimayev onun ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib. “xeberde.az” İdman.Biz-ə istinadən bildirir ki, tanınmış idmançı “Beyond the Win” podkastında çıxışı zamanı oktaqona nadir hallarda çıxması barədə deyilənlərə qətiyyən əhəmiyyət vermədiyini açıqlayıb. Çimayev maddi baxımdan heç bir probleminin olmadığını və indiki həyatından tam məmnun qaldığını vurğulayıb. Çempion qazanclarından danışaraq qeyd […]
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda keçirilən qarşılaşmalarda qaliblər müəyyənləşib. Qızların final qarşılaşmasında Veysəloğlu Şirkətlər Qrupu və “Avrora Qrup”un həmtəsisçisi olduğu “Milli Aviasiya Akademiyası”nın qadınlardan ibarət voleybol klubu “Lokomotiv” komandasını 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi olub. […]
Xərəyi gözləməyib qucağında meydandan çıxardı
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb. xeberde.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb. Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb. Həkimin […]
Ronaldinyo haqda serial çəkilir
“Netflix” Braziliya millisinin heyətində dünya çempionu olmuş məşhur futbolçu Ronaldinyo haqda sənədli serial çəkir. xeberde.az xəbər verir ki, 16 apreldə yayımlanacaq serialda əvvəllər yayımlanmamış görüntülər və Messi, Neymar, Roberto Karlos kimi dünya ulduzlarının şərhləri yer alacaq.Ekran işi Ronaldinyonun karyerasını və “Barselona”, “Paris Sen-Jermen”, “Milan” və “Flameqo” klublarındakı fəaliyyətini əks etdirir.(Axşam.az)
Veteran futbolçu vəfat etdi
Azərbaycanın veteran futbolçusu Füzuli Şeydayev vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə Birinci Liqa təmsilçisi “Şimal” futbol klubu məlumat yayıb. O, Xaçmaz şəhərində qəfildən ürək tutmasından 48 yaşında vəfat edib. Şeydayev həvəskarlar liqasında “Nabran” və “Xaçmaz” komandalarının şərəfini qoruyub, U-16 yığmasının üzvü olub. Mərhum futbolçu əslən Qusar rayonundandır.
Millimiz Malta ilə heç-heçə etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib. xeberde.az məlumat verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2. Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha […]
“Qarabağ” azyaşlılara bileti pulsuz etdi
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb. xeberde.az xəbər verir ki, “Qarabağ” bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb. 15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.“Qarabağ” bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı. Qeyd […]
Qurban Qurbanov futbolçularını SEVİNDİRDİ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunçularına əlavə istirahət vermək qərarına gəlib. xeberde.az bildirir ki, “Kəpəz”ə məğlubiyyətdən sonra, psixoloji stressi azaltmaq məqsədilə məşqçi komandaya dörd günlük fasilə verib. Komanda 25 mart tarixində yenidən toplanacaq. Qeyd olunur ki, “Qarabağ”ın növbəti oyunu 3 apreldə Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a qarşı baş tutacaq.
Ülviyyə Axundovaya yüksək vəzifə VERİLDİ
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub. Bununla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov müvafiq əmr imzalayıb. Qeyd edək ki, Ülviyyə Axundova 2023-cü ilin oktyabr ayından etibarən bu təyinatadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdir müavini vəzifəsində çalışıb. O, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında bakalavr təhsili […]










