Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub. Müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum […]
Hüquq
AZAL-ın təyyarəsinin vurulması beynəlxalq məhkəmədə
Azərbaycan bu hadisəyə görə Rusiyaya qarşı bir neçə beynəlxalq hüquqi mexanizmdən istifadə edə bilər “Təəssüf ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçib. Bizim üçün hər şey aydındır, bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardırlar. Onlar da gözəl bilirlər ki, […]
Bu il orduda qəsdən adam öldürmə cinayəti qeydə alınmayıb
2025-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri qeydə alınmayıb. xeberde.az xəbər verir ki, bunu Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib. O qeyd edib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv […]
Hüquqşünas qadın həbsxanasındakı sıxlıqdan danışdı
Natiq Ələsgərov: “270 nəfərlik həbsxanada 700 nəfər saxlanılırsa, bu təkcə Penitensiar Xidmətin məsuliyyəti deyil” “270 nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində hazırda 700-ə yaxın qadın məhbus saxlanılır. 6 nəfərlik kamerada 10, 4 nəfərlikdə isə 7 nəfər məhkum… Biz nəfəs ala bilmirik!” Bu sözlər 4 saylı qadın cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhbusların redaksiyamıza ünvanladıqları məktubdan […]
Xocalıda qətlə yetirilən beş yaşlı qızın məzarı açıldı – VİDEO
Şəhidlər xiyabanında illərdir kimliyi bilinməyən 63 uşaqdan birinin məzarı açılıb. xeberde.az AzTV-yə istinadən xəbər verir ki, aidiyyəti qurumlar Xocalıdan olan beş yaşlı qızın məzarını açıblar. Bu məzarın kimə aid olmasını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar. Xatırladaq ki, işğaldan azad olunan ərazilərdə aparılan araşdırmalar zamanı 27 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlarda 187 nəfərə aid olduğu ehtimal olunan […]
14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
Konstitusiya” Araşdırmalar Fondu 14 saylı cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri və monitorinq keçirib. xeberde.az xəbər verir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması, cəza icra sahəsində şəffaflığın artırılması istiqamətində ictimaiyyətin iştirakının təmin olunması prioritet məsələlərdən biridir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar […]
“Atlant”ın açıq hərrac yolu ilə satılması tələb olundu
“Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xeberde.az xəbər verir ki, Teleqraf-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən Nofəl Hacıyevin müdafiəsinə vəkillər – Ceyhun Yusifov və Asim Hacıyevin qoşulduğu məlum olub. Məhkəmədə elan olunub ki, N.Hacıyevin […]
SON DƏQİQƏ: DTX əməliyyat keçirib
Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirilib. Xeberde.az DTX-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və […]
Baş Prokurorluq: Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub
Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur. xeberde.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib. O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət […]
Taksi şirkəti 40 min cərimə edildi
Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib. xeberde.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib. Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib. Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub. […]










