Cəmiyyət Hadisə

Zakir Qaralova ağır itki üz verdi

Sabiq baş prokuror Zakir Qaralova ağır itki üz verib. xeberde.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun qardaşı Tahir Qaralov vəfat edib. Məlumata görə, T.Qaralov bir neçə saat öncə Gürcüstanın paytaxtı Tbilisidə dünyasını dəyişib. Xatırladaq ki, Z. Qaralov 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olub.

Bölgə Hadisə Kriminal manset

Bu kəndlərə günlərdir canavarlar hücum edir – Sakinlər təhlükədə

Cəlilabad rayonunun Fərzili və Hamarqışlaq kəndlərində canavarlar qoyun sürülərinə hücum edib. xeberde.az xəbər verir ki, son bir həftə ərzində vəhşi heyvanlar əsasən, səhər saatlarında otlaq sahələrində sürülərə hücum edir. Hadisələrin kəndlərə yaxın, açıq ərazilərdə baş verməsi təhlükəni daha da artırır. Canavar hücumları nəticəsində ümumilikdə səkkiz baş qoyun yaralanıb, onlardan bir neçəsi sonradan tələf olub. Kənd […]

Hadisə

Qaynananın əcəli ilə öldüyü deyilirdi: gəlin və qardaşı saxlanıldı – Azərbaycanda

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub. xeberde.az verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü […]

Hadisə

Bakıda maşın öz-özünə hərəkət edib işıqfora çırpıldı

Öz-özünə hərəkət edən avtomobil üzərində piyada bölmələri olan nəqliyyat svetoforunu yararsız vəziyyətə salıb. xeberde.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Gəncə prospekti ilə 8 Noyabr prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala görə səkidə park edilən avtomobil içərisində sərnişin ola-ola […]

Hadisə

Balıqçıların axtarışı üçün İrandan yardım istənilib? – RƏSMİ

Dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb. Rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşənlər – 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir. Maraqlıdır ki, coğrafi yaxınlıq və axtarışların uzanması səbəbilə balıqçıların tapılması istiqamətində rəsmi qurumlar tərəfindən qonşu İran tərəfinə […]

Hadisə

Həbs olunan icra başçısının müavini də işdən çıxarıldı

Balakən Rayon İcra Hakimiyyətində kadr islahatı aparılıb. xeberde.az xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev əmr imzalayıb. Əmrə əsasən, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Nuriyeva işdən çıxarılıb. Hələlik onun yerinə təyinat yoxdur. Xatırladaq ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Korrupsiya hüquqpozmaları […]

Hadisə

Gəncədə üzərinə avtomobil düşən şəxs öldü

Gəncədə dekabrın 12-də qaldırıcının qırılması nəticəsində üzərinə avtomobil düşən şəxs ölüb. xebere.az  məlumatına görə, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. Belə ki, 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov “VAZ-21011” markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb. Hadisə nəticəsində avtomobil onun üzərinə düşüb və o ölüb. Faktla bağlı şəhər prokurorluğunda araşdırmalar aparılır.

Dünya Hadisə

Gəlin toydan 6 gün sonra qızılları da götürüb qaçdı – FOTO

“Hamiləyəm” deyib evləndiyi şəxsi aldadan qadın 6 gün sonra qızıllarla yoxa çıxıb. xeberde.az xəbər verir ki, Adana sakini Muhittin Çiçəklibağ dini nikahla evləndiyi S.B.-nin hamilə olmadığını və 10 yaşında uşağının olduğunu toydan sonra bilib. Qadın toydan 6 gün sonra qızılların bir hissəsini götürərək evdən qaçıb. 27 yaşlı Muhittin Çiçəklibağ yay aylarında işləmək üçün Bodruma getmişdi. […]

Dünya Hadisə

Gəmiyə basqın – hərbi yük ələ keçirildi

ABŞ hərbçiləri noyabr ayında Çin istiqamətindən İrana göndərilən şübhəli yükü daşıyan gəmiyə reyd keçirərək onu ələ keçiriblər. xeberde.az xəbər verir ki, amerikalı rəsmilərin sözlərinə görə, bu əməliyyat dəniz qaçaqmalçılığına qarşı nadir və məqsədli addım olub və əsas hədəf Tehranın hərbi arsenalını gücləndirməsinin qarşısını almaq idi. Məlumata əsasən, gəmi Şri-Lanka sahillərindən bir neçə yüz mil aralıda saxlanılıb. […]

Hadisə

Ləvəngi restoranın sahibi,Şeyxin sabiq mühafizəçisi Mənsimovun stadionunu aldı

Masallıda yerləşən Anatoli Banişevski adına stadionun kim tərəfindən satın alınması müəyyənləşib. Xeberde.az “Teleqraf”a istinadən xəbər verir ki, stadionu satın alan şəxs yerli iş adamı Səxavəddin Sadıxovdur. Əslən Masallıdan olan S.Sadıxov uzun müddət xüsusi xidmət orqanlarında çalışıb. İstefada olan polkovnik Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Mühafizə xidmətinin rəisi olub. O, eyni zamanda Birinci […]